Modern.az

“Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi

“Qarabağ”ın “Legiya” ilə oyun üçün iştirak ərizəsi

26 Sentyabr 2020, 17:00

Avropa Liqasının pley-off mərhələsində Polşa klubu "Legiya" ilə qarşılaşacaq “Qarabağ”ın oyun üçün sifariş ərizəsi UEFA tərəfindən təsdiqlənib.

 

Modern.az-ın məlumatına görə, siyahıda 23 futbolçu yer alıb.

 

Varşavadakı matçda baş məşqçi Qurban Qurbanovun ixtiyarında 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu olacaq.

 

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı


Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina


Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye


Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 22. Musa Qurbanlı

 

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir