Modern.az

COVID-19 qurbanlarının sayı 1 milyona çatır

COVID-19 qurbanlarının sayı 1 milyona çatır

26 Sentyabr 2020, 17:17

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 32 milyon 806 min 195 nəfərə çatıb.

 

Modern.az "Worldometers" portalına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 994 min 351 nəfərdir.

 

İndiyədək 24 milyon 199 min 670 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

 

ABŞ COVID-19 virusuna yoluxanların sayına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda 7 milyon 244 184 nəfər virusa yoluxub. Sonrakı yerləri Hindistan, Braziliya, Rusiya , Kolumbiya və Peru tutur. ABŞ ölənlərin sayına görə də dünya lideridir.

 

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir