Arxiv
23 Oktyabr 2020, 12:10 | MEDİA
Cəbhə müxbiri: “Döyüş bölgəsində işləmək mənim üçün fəxrdir” - MÜSAHİBƏ

Cəbhə jurnalistləri gecə-gündüz demədən doğru xəbərləri bizə çatdırmaq üçün çalışırlar. Cəbhə bölgəsindən qaynar xəbərlər jurnalistlərdən biri də “Yeni Müsavat” qəzetinin əməkdaşı Məhəmməd Türkməndir.

Məhəmməd Türkmən Modern.az-ın müxbirinə savaş təəssüratlarını danışıb.


- Məhəmməd bəy, hazırda cəbhə bölgəsindəsiniz, yoxsa geri qayıtmısınız?

- Hazırda cəbhə bölgəsində olan bütün jurnalistlər Bakıya qayıdıb. Müəyyən fasilədən sonra qərargah dəyişəcık və cəbhə bölgəsinə gedəcəyik. Cəbhə bölgəsindəki ümumi vəziyyət isə odur ki, döyüşlər yenə də davam edir. Əsasən də biz Cənub istiqamətində günbəgün irəliləyirik, müqavimət olmasından asılı olmayaraq. Zəngilan azad olundu, hazırda Qubadlıya doğru döyüşlər davam edir. Cəbrayılın 97 yaşayış məntəqəsi var və hələ də yarısı düşmənlərin əlindədir. Çox uzun çəkməyəcək, onlar da azad olunacaq. Ermənilərin hər hücumu bizə yeni qələbə qazandırır.


- Artıq döyüşlərin 27-ci günüdür. İlk günkü döyüşlərlə indiki döyüşlər arasında fərq varmı?

- Bizim ordumuz ilk günlər necə irəliləyirdisə, yenə də o şəkildə irəliləyirik. Amma Ordumuz hazırda daha da sürətlənib. Ermənilər illərdir mif yaratmışdılar ki, onların məğlub edilməz ordusu var, vətənpərvərdilər və s. Amma onlar ilk güclü döyüşə girəndə artıq qaçmağa başladılar və bu qorxu onların içində daha da böyüyür. Könüllülər hay-küylə gəlirlər, ancaq elə ilk döyüşdəncə qaçırlar. Bu da onu göstərir ki, bizim ordumuz daha da sürətlənib, çünki qaçan ermənilərin sayı daha da artıb. Çox keçməyəcək ki, yeni şad xəbərlər ard-arda gələcək.


- Cəbhə bölgəsinə öz istəyinizlə getmisiniz?

- Mən Tovuz döyüşlərində, Aprel hadisələrində özüm cəbhə bölgəsinə can atıb getmişəm,  həmçinin də indiki döyüşlərə.  Redaksiyada hamı bilir ki, cəbhə bölgəsində döyüşlər olduqda hamıdan əvvəl mən getməyə hazır oluram. Cəbhə bölgəsində işləmək mənim üçün fəxrdir. Cəbhədə gərginlik olduqda mən evdə otura bilmirəm, mütləq şəkildə orada olmalıyam.


- Cəbhə bölgəsinin əhalisində əhval-ruhiyyə necədir?


- Əsgərlərlə əhali arasında əhval-ruhiyyə olduqca yüksəkdir. Əsgərlərimizə öz duaları, yardımları ilə dəstək olurlar. Uşaqlar yol kənarında hərbi maşınları gözləyib bayraq sallayırlar, əsgərlər də bunu görüb ruhlanırlar ki, arxa cəbhədə insanlar onlara dəstək verir. Füzuli işğaldan azad olunanda insanlar necə sevinirdilər, həmçinin digər rayonlarımız. Sevincdən ağlayan insanlar çox idi. İndi hər kəs bir yumruq kimi birləşib, hamı qələbəyə köklənib. Əsgərlərimiz də hər gün qələbə qazandıqca ruhlanırlar.


- Cəbhədə xarici media nümayəndələri var, onlarla münasibətiniz necədir?

- Biz Füzuli və Cəbrayıl zonasına ezam olunmuşduq. Xarici media nümayəndələri var idi. Böyük bir qrup halında Türkiyə mediası da gəldi. Xarici mətbuat əsasən Gəncə zonasında olurdu. Xarici jurnalistlərlə əlaqələrimiz yaxşı idi.


- Azad edilmiş torpaqlarımızdan hansılarda olmusunuz?

- Azad edilmiş torpaqlardan Cəbrayılda olmuşuq. Cəbrayılın özündə, "Dostluq" bulağının önündə, kəndlərində çəkilişlər apardıq. O bulağın suyundan içdik. Çox mükəmməl bir hisdir. Digər azad olunmuş torpaqlarımıza da gedəcəyik, bu hisslər artıq alışqanlıq olacaq.



Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş Konsulluq 20 Yanvarla bağlı qısa film hazırlayıb - VİDEO 20 Yanvar 2021, 11:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıldı 20 Yanvar 2021, 11:32 Şuşanın azad edilməsi gün şəhidlərimizin ruhu rahatlıq tapdı - VİDEO 20 Yanvar 2021, 11:26 “Şəhidlərimizin xatirəsi hər zaman bizim üçün əziz qalacaq” - Sahibə Qafarova 20 Yanvar 2021, 11:20 Nazir polis rəisini işdən azad etdi 20 Yanvar 2021, 11:18 Atamın şilləsi, sevgisi və 20 yanvar 20 Yanvar 2021, 11:16 Göyçayda keçmiş məhkumdan narkotik götürüldü 20 Yanvar 2021, 11:14 Qar ən çox bu rayonlarda yağıb - Faktiki hava 20 Yanvar 2021, 11:10 İlham Əliyev uyğun bilsə Bağçalı öz hesabına Şuşada məktəb tikdirəcək  - Səfir  20 Yanvar 2021, 11:05 “Döyüşmək Vətən borcudur, buna görə özünü kimdənsə üstün tutmaq olmaz” - Qalib zabitlə SÖHBƏT 20 Yanvar 2021, 11:01 Türkiyənin Azərbaycandakı səfiri nə zaman gedir?  -  ÖZÜ AÇIQLADI 20 Yanvar 2021, 10:57 Tramp prezidentliyinin son günü 73 nəfəri əfv etdi 20 Yanvar 2021, 10:51 Məktəblərdə daxili qiymətləndirmələr necə müəyyənləşəcək? 20 Yanvar 2021, 10:47 Qarabağda daha bir erməni hərbçinin cəsədi TAPILDI 20 Yanvar 2021, 10:42 Saat 12:00-də bir dəqiqəlik sükut olacaq 20 Yanvar 2021, 10:40 Los Ancelesdə Qara Yanvar faciəsi barədə film  - VİDEO 20 Yanvar 2021, 10:35 Nazir müavini: “Mən də vaksin vurdurmuşam və özümü yaxşı hiss edirəm” 20 Yanvar 2021, 10:30 Şuşada tarixi abidələrin monitorinqi aparılır 20 Yanvar 2021, 10:24 Rusiyanın bu şəhərində 50 dərəcə şaxta qeydə alındı 20 Yanvar 2021, 10:18 “Şəhidlərimizin ruhu şaddır” - Prezidentin köməkçisi 20 Yanvar 2021, 10:12 20 yanvar... 300 il keçsə də... 20 Yanvar 2021, 10:06 Putinin sarayı” - Navalnının yeni ARAŞDIRMASI - VİDEO 20 Yanvar 2021, 10:00 Şərin Xeyirə qalib gəldiyi an - 20 Yanvar 20 Yanvar 2021, 09:54 Türkiyə səfirliyi Ümumxalq Hüzn Günü ilə bağlı məlumat yaydı 20 Yanvar 2021, 09:48 Rusiya səfirliyi ABŞ Dövlət Departamentinə nota göndərdi 20 Yanvar 2021, 09:42 Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi 20 Yanvar 2021, 09:36 Polkovnik İlqar Mirzəyevin qisası üçün döyüşə gedən könüllü - Bir şəhidin HƏYAT YOLU 20 Yanvar 2021, 09:30 Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO 20 Yanvar 2021, 09:24 Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi aparılmayacaq 20 Yanvar 2021, 09:18 Trampla xanımı bu gün Vaşinqtonu tərk edəcək 20 Yanvar 2021, 09:12 Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO 20 Yanvar 2021, 09:06 Azərbaycan-Türkiyə arasında ikili vətəndaşlığa icazə verilə bilər 20 Yanvar 2021, 09:00 Xarici İşlər Nazirliyi “20 Yanvar bəyanatı” yaydı: “Sifarişçilər və icraçılar cəzalandırılmalıdır” 20 Yanvar 2021, 08:49 Pəhrizsiz arıqlamaq istəyənlər bu qaydalara əməl etsin - SİYAHI 20 Yanvar 2021, 08:40 Qəbul imtahanlarında Vətən müharibəsindən suallar salınacaq - VİDEO 20 Yanvar 2021, 08:29