Modern.az

Dünya birjalarında neft ucuzlaşıb 

Dünya birjalarında neft ucuzlaşıb 

İqtisadiyyat

18 Sentyabr 2026, 08:52

Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb.

Modern.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,95 dollar və ya 0,91% azalaraq bir barel üçün 103,87 dollara düşüb.

WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə 0,79 dollar və ya 0,78% ucuzlaşaraq 101,12 dollar təşkil edib.

Neftin ucuzlaşmasına ABŞ-da yanacağa tələbatın zəifləməsi ilə bağlı göstəricilər və əvvəlki kəskin bahalaşmadan sonra bazarda korreksiya təsir göstərir. Bununla belə, Yaxın Şərqdə davam edən gərginlik və Hörmüz boğazından tədarüklə bağlı risklər qiymətlərin daha kəskin azalmasını məhdudlaşdırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri