Modern.az

Ermənistanda cəbhədə itkin düşənlərin ailəsindən rüşvət alınır

Ermənistanda cəbhədə itkin düşənlərin ailəsindən rüşvət alınır

Aktual

3 Noyabr 2020, 00:48

Ermənistanda cəbhədəki uğursuzluqlardan mənfəət əldə etməyin yolunu tapan fırıldaqçılar peyda olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

 

Bilidirilir ki, İrəvan sakini Q.B Qarabağda gedən döyüşlərdə itkin düşmüş hərbçinin yaxınlarından onu tapmaq üçün pul alıb. Sözügedən şəxs əvvəlcə özünü Milli Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək ailədən övladları ilə bağlı məlumat üçün 100 min dram (təxminən 200 dollar) istəyib.

 

Bundan sonra isə o, erməni hərbçinin guya Azərbaycan tərəfinə əsir düşdüyünü, onu Rusiyadakı tanışları vasitəsilə ölkəyə qaytara biləcəyini bildirib və ailədən əlavə üç min dollar tələb edib.

Q.B adlı şəxs ailə üzvlərindən pulu götürərkən saxlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı