Modern.az

Rəsmi Tehrandan Qarabağ açıqlaması

Rəsmi Tehrandan Qarabağ açıqlaması

Aktual

10 Noyabr 2020, 21:12

İranın Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və birgə bəyanatın verilməsinə yazılı münasibət açıqlayıb.

 

Modern.az İran XİN-in rəsmi saytına istinadla xəbər verir ki, açıqlamada rəsmi Tehranın atəşkəs rejiminin yaranmasından məmnun olduğu bildirilir.

 

Qeyd olunur ki, İran Qafqaz bölgəsində daim sabitliyin hökm sürməsini arzulayır.

"İran dövlətlərin ərazi bütövlüyünə təminat verilməsini, qaçqınların öz evlərinə dönməsini, təxribatların qarşısının alınmasını istəyir və bu işlərin həyata keçirilməsinə yardım etməyə hazırdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi