Modern.az

Qənirə Paşayeva doğma rayonu azad olunmuş baş redaktorla görüşüb

Qənirə Paşayeva doğma rayonu azad olunmuş baş redaktorla görüşüb

14 Noyabr 2020, 21:40

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Modern.az saytının baş redaktoru Əfqan Qafarlı ilə Milli Məclisdə görüşüb, jurnalisti doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun azad olunması münasibəti ilə təbrik edib, onunla gələcək yaradıcılıq planları ilə bağlı ətraflı söhbət edib.


Görüşdə Müzəffər Ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə yazdığı 44 günlük qəhrəmanlıq dastanının ən yeni tariximizin parlaq dönəmi, Azərbaycan intibahının başlanğıcı olduğu vurğulanıb.


Komitə sədri Əfqan Qafarlının dogma Cəbrayıl, ümumən Qarabağla bağlı, torpaqlarımızın azad ediləcəyi ilə bağlı həmişə inamlı mövqedə olduğunu minnətdarlıqla xatırladaraq, ictimai fikrin qidalanmasında iştirak edən insanların Vətən amilinə həssas yanaşmasının həmişə vacib olduğunu söyləyib.


Əfqan Qafarlı səmimi görüş üçün təşəkkür edib, hər birimizin öz peşəmizdən, tutduğumuz vəzifədən asılı olmayaraq, xilaskar Ordumuza minnətdar olduğumuzu bildirib: “Cəbrayıla, digər şəhər və rayonlarımıza yenidən qaynar həyatın qayıtması üçün hər kəsin əlindən gələni edəcəyinə əminəm. Bu müqəddəs işdə bir töhfəmiz olacaqsa, bu, bizim xoşbəxtliyimizdir“.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi