Modern.az

Azərbaycanda tanınmış aktyor vəfat etdi

Azərbaycanda tanınmış aktyor vəfat etdi

Allah rəhmət eləsi̇n

31 Dekabr 2020, 08:51

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ağaxan Şərifov dekabrın 31-də 58 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə aktyorun həmkarı Elçin İmanov məlumat bildirib.  

 

Onun sözlərinə görə, A.Şərifov xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

 

Qeyd edək ki, A.Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi. Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaratmışdı. Eyni zamanda "Nə gözəldir bu dünya...” (1999), "Əlavə təsir” (2010), "Yazıçı” (2013) kimi filmlərdə çəkilmişdi.

 

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI