Modern.az

Vasif Talıbovdan yeni TƏYİNAT

Vasif Talıbovdan yeni TƏYİNAT

25 Yanvar 2021, 10:42

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsə sədr müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

 

Sərəncama əsasən, bu vəzifəyə Sahir Kamil oğlu Rüstəmov təyinat alıb.

 

O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdir müavini vəzifəsindən çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi