Modern.az

Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı

Ərzaq mağazasında yararsız məhsullar aşkarlandı

Aktual

25 Yanvar 2021, 18:05

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şamaxı rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Mahmudov Nurlan Babaqulu oğluna məxsus “Ocaq” marketdə yoxlama keçiriblər. 

 

AQTA-dan Modern.az-a verilən məlumata görə, yoxlama zamanı ərzaq mağazasında satışda istifadə müddəti bitmiş 9,4 kq "Ranço" nişanlı Holland pendiri, 3 kq "Zolotava" nişanlı bitki spred yağı və 1 kq "İsmayıllı" nişanlı kərə yağı aşkarlanıb. Araşdırma zamanı müəssisənin girişində dezbaryerin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı, istifadə müddəti bitmiş məhsulların digər məhsullarla eyni soyuducuda saxlanıldığı, satışda olan bir sıra ərzaq məhsullarının (kartof, yağ və s.) saxlama qaydalarına zidd olaraq birbaşa döşəmənin üzərinə yığılaraq saxlanıldığı, işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir