Arxiv
27 Yanvar 2021, 17:15 | TƏHSİL
Lütfi Zadə adına təqaüd şəhid və qazi övladlarına veriləcək – MÜRACİƏT

Lütfi Zadə irsi və Süni İntellekt Assosiasiyası ilə AzEdu Academy istedadlı gəncləri daha da həvəsləndirmək üçün birgə layihəyə start verir.

 

Modern.az xəbər verir ki, layihə çərçivəsində bakalavriatura səviyyəsində təhsil alan tələbələr təqaüd qazanmaq şansı əldə edəcəklər.

 

Qeyd edək ki, bir neçə gün öncə ölkə başçısı məşhur həmyerlimiz, dünya elminin fəaliyyət istiqamətini dəyişən professor Lütfi Zadənin 100 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.

 

Layihənin təşkilat komitəsi bir müddət öncə qələbəmiz, torpaqlarımızın azad olunması ilə  başa çatan Vətən Müharibəsində, eləcə də I Qarabağ Müharibəsində  şəhid və qazi olan şəxslərin tələbə övladlarına adlı təqaüdün verilməsinin məntiqəuyğun olduğunu düşünür.

 

Bu məqsədlə də yalnız aşağıdakı  şərtlərə cavab verən tələbələr Lütfi Zadə təqaüdünə layiq görüləcəklər. Təqaüdün miqdarı 100 AZN, müddəti isə 1 ildir.

 

ŞƏRTLƏR:

 

-Valideyni I Qarabağ Müharibəsi və Vətən Müharibəsində şəhid-qazi olan, həmçinin, sosial  təminatı aşağı səviyyədə olan tələbələr;

 

-Yuxarıdakı meyara cavab verməklə kompüter mühəndisliyi, dəqiq elmlər, IKT sahəsi ilə bağlı ixtisaslarda oxuyan tələbələr.

 

 Layihənin məqsədi dünya elmi, eləcə də bəşəri məntiq və fikir sistemində inqilabi dəyişiklik edən, süni intellekt, qeyri-səlis məntiq nəzəriyyələri ilə minillik mütləq yanaşmanı aradan qaldıran böyük alim, həmyerlimiz Lütfi  Zadənin xatirəsini yaşatmaqdır.

 

Qeyd edək ki, bu şərtlərə cavab verəcək ilk iki tələbənin adı Lütfi Zadənin 100 illik yubiley yaşının tamam olacağı 4 fevral tarixində açıqlanacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzatdı 6 mart 2021, 00:55 Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək 6 mart 2021, 00:39 Tokio Olimpia Oyunları yenidən təxirə salınmayacaq 6 mart 2021, 00:24 Rəsulzadənin anım günüdür 6 mart 2021, 00:11 Ölkədə ictimai nəqliyyat üç gün işləməyəcək 6 mart 2021, 00:00 Türkiyədə koronavirusla bağlı son vəziyyət 5 mart 2021, 23:56 Somalidə güclü partlayış - 20 ölü, 30-dan çox yaralı var 5 mart 2021, 23:46 Naftalanda gənc qadın dəm qazından zəhərləndi 5 mart 2021, 23:38 Gəncədə ağır yol qəzası - VİDEO 5 mart 2021, 23:25 Bakı, Sumqayıt və Abşeronda mart ayının pensiyaları köçürüldü  5 mart 2021, 23:16 Ukrayna və Gürcüstan NATO-ya üzv olacaq 5 mart 2021, 23:08 “Biz təkcə yeddi rayonu azad etməmişik” - İlham Əliyev 5 mart 2021, 23:00 “Muğan Bank”da yanğın - FOTO 5 mart 2021, 22:51 Dünyada qum qıtlığı gözlənilir 5 mart 2021, 22:38 Pakistan Hava Yolları Bakıya birbaşa uçuşlara başlıyır 5 mart 2021, 22:25 YAP Veteranlar Şurasının tam tərkibi məlum oldu - SİYAHI 5 mart 2021, 22:11 Qarabağa qaytarılacaq ilk köçkünlər onlar olacaq - Prezident AÇIQLADI 5 mart 2021, 21:59 BP şirkətində yeni təyinat 5 mart 2021, 21:48 Mübariz Mənsimovun azadlıqdan ilk videosu 5 mart 2021, 21:34 Prezident Tofiq Nağıyevi təltif etdi 5 mart 2021, 21:21 İlham Əliyev: Bir neçə partiyanın YAP-a birləşməsi partiyamızı gücləndirəcək - TAM MƏTN 5 mart 2021, 21:10 “Real Madrid” Ronaldoya qanunsuz ödəniş edib 5 mart 2021, 20:59 XİN məlumat yaydı 5 mart 2021, 20:48 İlham Əliyev YAP-ın yeni proqramının hazırlanması barədə tapşırıq verdi 5 mart 2021, 20:41 Mingəçevirdə məktəbli oğlan itkin düşdü - FOTO 5 mart 2021, 20:30 Ceyhun Bayramov Zoltan Hernyeşlə görüşdü - FOTO 5 mart 2021, 20:17 Zirehli maşınlar təlimə çıxarıldı - VİDEO 5 mart 2021, 20:04 Türkiyə və Yunanıstan hərbçiləri danışıqlar apardı 5 mart 2021, 19:55 Ermənistan ordusunun Baş Qərargahından növbəti AÇIQLAMA 5 mart 2021, 19:43 Gəncədə miktoavtobus aşıb, yaralılar var 5 mart 2021, 19:35 TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir 5 mart 2021, 19:24 Neft qiymətləri 70 dolları keçə bilər 5 mart 2021, 19:17 Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI 5 mart 2021, 19:05 Ərdoğan Merkellə videoformatda görüş 5 mart 2021, 18:55 Ötən ay 70 diplomun tanınmasından imtina edilib 5 mart 2021, 18:47