Modern.az

Hikmət Hacıyevə Ortaq Media Platforması TƏBRİKİ

Hikmət Hacıyevə Ortaq Media Platforması TƏBRİKİ

Media

2 Fevral 2021, 10:22

Ötən gün Milli Məclis Azərbaycanla Türkiyə arasında Ortaq Media Platformasını təsdiqlədi.

Bu platforma Türkiyə Azərbaycan jurnalistləri üçün böyük imkanlar açır və dünya səviyyəsində jurnalistlərimizin yetişməsi üçün böyük zəmin yardır.

 

GLOBAL JOURNALİSM COUNCİL (KÜRESEL QAZETEÇİLER KONİSEYİ) sədri Mehmet Ali Dim bildirir ki, bu platforma Türkiyə Azərbaycan jurnalistlərinin birgə fəaliyyəti üçün böyük imkanlar açır.


“Bəri başdan belə bir vacib Platformanı ortaya qoyduğu üçün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə sonsuz təşəkkürümü bildirirəm. Bu platformanın gerçəkləşməsi üçün böyük zəhmətlər verən və bunu bacaran Türkiyə Prezidentinin köməkçisi Fahrettin Altunu və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevi səmimi olaraq təbrik edirəm.


Hesab edirəm ki, onların rəhbərliyk etdiyi platforma Türkiyə və Azərbaycan mediasını daha da yaxınlaşdıracaq, birgə fəaliyyət göstərəcəyik. Bunun örnəyini 44 günlük müharibə dövründə gördük.


GLOBAL JOURNALİSM COUNCİL olaraq biz hər zaman Azərbaycan mediası ilə sıx əlaqədə olmuşuq. Yeni platforma isə bu istiqamətdə daha böyük imkanlar açır.


Mərkəzi ofisi Ankarada yerləşən təşkilatımızda dünyanın 40-a yaxın ölkəsinin jurnalistləri cəmləşir. Ancaq bizim əsas işimiz Türkiyə ilə Azərbaycan jurnalistlərinin birgə fəaliyyətinə dəstək olmaqdır. Hesab edirəm ki, jurnalistikada təhsil, təcrübə mübadiləsi, texnoloji sahədə əməkdaşlıqdan tutmuş birgə media quruluşlarının yaradılmasına qədər bütün işlərdə GLOBAL JOURNALİSM COUNCİL bu platformaya böyük qatqı verə bilər. Biz bu işə iki ölkənin strateji istiqaməti kimi yanaşırıq. Dünyada baş verən proseslər, özlərini müstəqil media kimi təqdim edib Azərbaycana, Türkiyəyə qərəzli münasibət sərgiləyən xarici media quruluşlarını yaxşı bilirik.


Ona görə də ümumi istəyimiz ondan ibarətdir ki, Türkiyə və Azərbaycan jurnalistləri dünya çapında öz sözlərini deyə bilsinlər. Buna potensial var. Üstəlik platformanın vermiş olduğu yeni imkanları da bura əlavə etsək perspektivdə mükəmməl nəticə görünür.


Mən bu platforma münasibətilə eyni zamanda Türkiyə və Azərbaycan jurnalistlərini də təbrik edirəm. Rəsmilərin yaratdıqları imkanlardan maksimum yararlanmaq lazımdır. Əminəm ki, Ortaq Media Platforması iki ölkənin jurnalistika sahəsində böyük tarix yazacaq”.

 

Fidan QARAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır