Modern.az

Jurnalist Leyla Sarabinə yeni vəzifə verilib

Jurnalist Leyla Sarabinə yeni vəzifə verilib

Media

Bu gün, 11:07

“Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin edilib.

Modern.az xəbər verir ki, bu vəzifə jurnalist Leyla Sarabinə tapşırılıb.

Məlumatı sosial şəbəkədə jurnalist - Asan Xidmət-in mətbuat katibi Elnur Niftəliyev paylaşıb.

Leyla Sarabin bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, daha əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri işləyib. 
Leyla Sarabin bir sıra KİV-lərdə jurnalist kimi fəaliyyət göstərib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə hərəkətə keçdi - Ordusu müharibəyə girir