Almaniyanın Köln şəhərində polis əməkdaşları hündürlüyü 1,2 metr olan bir robotu müsadirə edib və cinsi qısnamada şübhəli bilinən şəxslərlə bağlı cinayət işi açıb.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, hadisə "fast-fud" restoranının qarşısında baş verib: iki yeniyetmə (16 və 19 yaşlı) tərəfindən idarə olunan qırmızı rəngli robot 16 yaşlı qıza arxadan yaxınlaşaraq əxlaqsız hərəkət etməyə başlayıb. Hadisə sosial şəbəkələrdə canlı yayımlanıb və idarəçilərin şərhləri ilə müşayiət olunub.
Şübhəlilər qurğunu avtomobilin baqajında gizlətməyə cəhd göstərsələr də, polis tərəfindən dərhal saxlanılıblar.