Modern.az

Azərbaycanlı jurnalistlər Aya Sofyada - FOTO

Azərbaycanlı jurnalistlər Aya Sofyada - FOTO

17 Fevral 2021, 00:15

Xəbər verdiyimiz kimi bir qrup azərbaycanlı jurnalist Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyədə səfərdədir. 

 

Modern.az xəbər verir ki, qardaş ölkədə səfərdə olan jurnalistlər Türkiyə mədəniyyətin beşiyi sayılan İstanbul şəhərində bir çox tarixi abidələri ziyarət ediblər. Səfər çərçivəsində bir çox işgüzar görüşlərdə olan jurnalistlərə Türkiyənin turizm sektorundakı inkişafı, həmçinin yeni lahiyələrlə bağlı məlumatlar verilib.

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi səfər çərçivəsində jurnalistlərin peşəkar fəaliyyət göstərməsi üçün mümkün şəraitləri yaradıb, həmçinin, jurnalistlər səfər əsnasında bir çox tarixi abidələri ziyarət edib və abidələrlə bağlı məlumatlandırılıblar.

Belə ki, Türkiyədə turistlərin ən çox ziyarət etdiyi Topqapı sarayı və Aya Sofya məscidinə ziyarətlər təşkil edilib, abidlərin tarixi və əhəmiyyəti haqqında səfər iştirakçılarına məlumatlar verilib.

 

Qeyd edək ki, Türkiyənin məşhur tarixi yerlərindən biri olan Topqapı sarayı dünyada ən çox turist qəbul edən tarixi abidələrdən biridir və əzəmətli tikilinin təməli Fateh Sultan Mehmet tərəfindən İstanbul fəth olunduqdan sonra 1460-cı ildə qoyulub. Sarayın inşası 18 il davam edib və 1478-ci ildə tamamlanıb. İstanbulun ən görkəmli yerlərindən biri olan Sarayburnunda yerləşən bu tikili 700 min kvadratmetrlik ərazidə inşa edilib. Topqapı Sarayının tikintisində Avropa mədəniyyətini özündə əks etdirən Barok və Osmanlı memarlıq nümunələrindən istifadə edilib.

 

Maraqlı məqamlardan biri də odur ki, bu gün də Topqapı sarayı ziyarəçilərlə dolu olur.

 

Ziyarət edilən digər tarixi abidə isə əvvəl provoslav kilsəsi, daha sonra isə məscidə çevrilən Aya Sofya məbədi olub. Məbəd bir müddət muzey kimi fəaliyyət göstərsə də, 2020-ci ilin 11 iyulundan yenidən məscid kimi fəaliyyət göstərir. Bizans dövrünə aid olan Aya Sofya Bizansın "qızıl əsrinin” simvolu sayılır və hazırda rəsmi olaraq Ayasofya Böyük Məscidi adlanır.

 

Onu da əlavə edək ki, pandemiya dövrü olsa da Topqapı və Aya Sofyanın ziyarətçiləri saysız-hesabsız dərəcədə çoxdur. Digər tərəfdən, hazırda ziyarətçilər arasında Rusiya və digər post-sovet ölkələrinin vətəndaşları üstünlük təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir