Modern.az

Marsda milyonluq şəhərin yaradılması tarixi açıqlandı

Marsda milyonluq şəhərin yaradılması tarixi açıqlandı

21 Fevral 2021, 09:09

Mars planetində insanların daimi yaşaması artıq onilliyin sonunda mümkün olacaq.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış mühəndisi, "Mars cəmiyyəti"nin prezidenti Robert Zubrin bildirib.

 

O, qeyd edib ki, qırmızı planetdə ilk milyonluq şəhər 2100-cü ildə yaradıla bilər.

 

Ekspert Amerika sahibkarı İlon Maskın 2026-cı ildə Marsa uçuşlara başlamaq planlarını qiymətləndirib. Zubrinin sözlərinə görə, bu cür uçuşlar 2030-cu ilədək mümkün olacaq, lakin bundan əvvəl Mask yük gəmisi olan “Starship” gəmilərini Marsa göndərə və bazanın avtomatlaşdırılmış tikintisinə başlaya biləcək.

 

“Bu vaxta qədər Marsa min nəfər göndərə bilərik, onlar daha çox insanın dolanışığını təmin edə bilmək üçün Marsda sənaye və kənd təsərrüfatı imkanları yaradacaqlar”, - Zubrin deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi