Modern.az

Erməni balabançı Civan Qasparyan: “Alim Qasımovla birgə ifa etmişəm”

Erməni balabançı Civan Qasparyan: “Alim Qasımovla birgə ifa etmişəm”

Təhsil

28 Avqust 2012, 11:58

“Erməni və Azərbaycan xalqları arasında olan düşmənçiliyi siyasətçilər törədir. Siyasət pis peşədir”.
Modern.az
bildirir ki, bu sözləri “İzvestiya” qəzetinə müsahibəsində Azərbaycan milli musiqi aləti olan balabanın erməni ifaçısı Civan Qasparyan deyib.  Jurnalistin “Azərbaycana qarşı hansı hissləri keçirisiniz” sualının cavabında Qasparyan deyib ki, dünyada pis xalq yoxdur.

“Mən sizə bir şey deyə bilərəm: Bu dünyada pis xalq yoxdur. Yaxşı insan və pis insan var”-deyən Civan Qasparyan maraqlı bir faktı da açıqlayıb.

“Mən hətta bir dəfə Alim Qasımovla birgə ifa etmişəm. Bütün bu düşmənçiliyi yayan siyasətçilərdir”-deyə Qasparyan vurğulayıb.  Qasparyan deyib ki, siyasətlə maraqlanmır: “Bu mənim stilim deyil”   Özünün ABŞ-a köçməsinin səbəbləri barədə danışan Qasparyan biildirib ki, Ermənistanda vəziyyətin ağırlığı onu buna məcbur edib.

“İrəvanda nə qaz, nə də işıq var idi.  Adam öləndə iki saat işıq verirdilər. Biz də buna görə sevinirdik. Belə yaşamaq olardımı?”-deyə o vurğulayıb.

Balaban ifaçısı hazırda ABŞ və Ermənistan vətəndaşı olduğunu deyib.

Xatırladaq ki,  erməni balaban ifaçısı “Hollivud”un çəkdiyi məşhur “Qladiator” filminə yazılmış musiqi üçün də balabanda çalıb. Bu musiqi filmin əsas vizit kartlarından biri sayılır. Qasparyan “balaban” sözünü “duduk”la əvəzləyb və bu saxtakarlığına görə dəfələrlə tənqid olunub.       

X. SƏFƏROĞLU
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!