Modern.az

Türkiyədə polis əməliyyat keçirdi - 409 nəfər saxlanıldı

Türkiyədə polis əməliyyat keçirdi - 409 nəfər saxlanıldı

Dünya

28 İyun 2026, 14:13

Türkiyənin 29 vilayətində dələduzluq, qanunsuz mərc oyunları və digər onlayn cinayətlər qarşı əməliyyatlar keçirilib, 409 nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

"Kibercinayətkarlıqla mübarizə çərçivəsində son 6 gündə əməliyyatlarda 409 şübhəli saxlanılıb", - DİN-in məlumatında bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 213-ü həbs edilib, 117-si barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Digərləri ilə bağlı araşdırma işləri davam edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia