Modern.az

Yaponiya sahillərində güclü ZƏLZƏLƏ

Yaponiya sahillərində güclü ZƏLZƏLƏ

Dünya

28 İyun 2026, 02:45

Yaponiyanın Honsyu adasının sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 239 min nəfərin yaşadığı Xaçinohe şəhərindən (Aomori pref.) 79 km şərqdə yerləşib. Ocaq 35 km dərinlikdə olub.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb, hazırkı vaxta qədər xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması