Modern.az

Yaponlar Şəmkirdə xəstəxana tikir

Yaponlar Şəmkirdə xəstəxana tikir

22 Sentyabr 2012, 10:30

Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Şəmkir rayonunda yeni tibb məntəqəsi inşa ediləcək.  Bu barədə Modern.az-a  bu bölgədən olan deputat Məlahət İbrahimqızı məlumat verib.

Bildirilib ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə tikiləcək tibb məntəqəsi rayonun Ələsgərli kəndində dörd kəndin (Dağtatarlı, Dağdaşbulaq, Kamandar və Ələsgərli) əhalisinə xidmət edəcək.

Deputatın sözlərinə görə, bu kəndlərdə daha çox qaçqın və məcburi köçkünlər də yaşayırlar.  M.İbrahimqızı həmçinin bildirib ki, Yaponiyanın Azərbaycandakı səfiri yaxın günlərdə Şəmkirə səfər edəcək və layihənin icrası ilə bağlı müqavilə imzalanacaq.

Layihənin 6 ay ərzində bitməsi nəzərdə tutulur. Yaponiya səfirliyinin dəstəyi ilə həyata keçirilən layihənin dəyəri 123 min Amerika dollarıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır