Modern.az

Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü

Göyçayda dəm qazından zəhərlənən 18 yaşlı qız öldü

9 May 2021, 12:59

Göyçay rayonunda ölüm hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə, rayonun Bığır kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədova Gülnarə Məhəmməd qızı zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, övladı -2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı isə zəhərlənərək ölüb.

 

Məlumata görə, hadisə bu gün səhər saatlarında Gülnarə Məmmədovanın qardaşı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğluna məxsus evdə baş verib. Ana və qızının dəm qazından zəhərləndiyi bildirilir. Fatimə Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

 
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...