Modern.az

Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib - FOTO

Mahir Süleymanlı Şabranda vətəndaşları qəbul edib - FOTO

Aktual

Bu gün, 16:10

Milli Məclisin deputatı Mahir Süleymanlı Yeni Azərbaycan Partiyasının (YAP) Şabran rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirib.

Modern.az xəbər verir ki, qəbul zamanı rayon sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub.

Deputat qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq addımların atılacağını bildirib, bəzi müraciətlər üzrə isə yerində hüquqi və praktiki izahatlar verilib.

Qeyd edək ki, Mahir Süleymanlı mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların müraciətlərini dinləyərək həlli istiqamətində zəruri tədbirlər görür.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada