Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) FETÖ terror təşkilatının yüksəkvəzifəli üzvlərinin olduğu ölkələri müəyyənləşdirdiyi bildirilir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Məlumata görə, MİT FETÖ-nün 119 ölkədə fəaliyyət göstərən 2 762 əsas üzvünün yerini müəyyən edib. Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi onların ekstradisiyası istiqamətində işləri sürətləndirib.
Bildirilir ki, terror təşkilatının ən çox yüksəkvəzifəli üzvü ABŞ-də yaşayır. Məlumata əsasən, bu ölkədə FETÖ-nün 42 rəhbər şəxsi gizlənir.
Siyahıda ABŞ-dən sonra Almaniya 12 nəfərlə ikinci, Böyük Britaniya 10 nəfərlə üçüncü, Belçika isə 8 nəfərlə dördüncü yerdə qərarlaşıb.