Arxiv
12 May 2021, 16:48 | MEDİA
“Lavrov olayı”na görə işdən çıxarılan jurnalist: “Bu işin arxasında Polad Bülbüloğlu ilə Əli Həsənov dayanır”

"Sergey Lavrova verdiyim sualın işdən azad olunmağımla nəticələnməsinin arxasında Rusiyadakı səfir Polad Bülbüloğlu və Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov cütlüyü dayanır. Onların diqtəsi qarşısında “Lider” TV rəhbərliyi prinsipsizlik göstərərək, 15 il qüsursuz fəaliyyəti ilə seçilən əməkdaşından imtina etdi. Bu qərara şirkətin nəinki etik, həm də fiziki baxımdan müflisləşməyə doğru getməsi də səbəb oldu. Hər halda, mən ən yüksək məvacib alan əməkdaşlardan biri idim".  

 

Bu sözləri Modern.az-a “Lider” TV-nin Moskvadakı keçmiş müxbiri Anar Həsənov deyib. O, Rusiya xarici işlər naziri Sergey Lavrova Qarabağla bağlı verdiyi suala görə işdən çıxarılmasının detallarını açıqlayıb: 

 

 "Məni “qaralama” prosesi Polad Bülbüloğlunun mətbuat katibi Cavidin Lavrova verdiyim sualın şəxsi təşəbbüsüm olmasını bilməsindən sonra başladı. Səfirliyin içindən sızdırılan məlumata görə, əvvəlcə səfir “sualın Rusiya-Azərbaycan münasibətlərinə soyuqluq gətirdiyi” barədə Prezident Administrasiyasının artıq ləğv edilmiş şöbəsini yalnış məlumatlandırır. Əli Həsənovun rəhbərlik etdiyi həmin instansiya isə əməkdaşı olduğum şirkətin rəhbərliyindən mənim işdən çıxarılmağım tələbini ortaya qoyur. Bu tələbi şirkət rəhbərliyi qarşısında Polad Bülbüloğlu da qaldırıbmış. Səfirin şirkət rəhbərliyinə zəng vurduğunu və məndən şikayət etdiyini o vaxt açıq dedilər və hətta səfirdən üzr istəməyimi də xahiş etdilər ki, buna qəti etirazımı bildirdim.  

“Sual Rusiya XİN-də narazılıq yaradıb” fikrinin Polad Bülbüloğlunun fantaziyası olduğunu sonradan bildim. MDB-dən olan jurnalistlərin Rusiya XİN-dəki kuratoru Kiril adlı əməkdaş mənə bildirdi ki, əgər sual narazılıq yaratsaydı, mənim Rusiya XİN-də qeydiyyatdan keçdiyimi sübut edən akkreditasiya vəsiqəm mətbuat konfransından sonra adıçəkilən rəsmi qurum tərəfindən ləğv edilərdi. Ancaq mənim akkreditasiya sənədim sual veriləndən bir ay sonra təmsil etdiyim şirkətin göndərdiyi məktub əsasında ləğv edildi. Başqa sözlə, “Rusiya XİN-in sualla bağlı narazılığı” mifi və yaxud “sual münasibətlərdə sərinlik yaradıb” uydurması Polad Bülbüloğlu tərəfindən ortaya atılıb, Əli Həsənov da bunu dəstəkləyib. Nəticədə bu iki nəfərə təzim etməyən növbəti journalist işdən uzaqlaşdırılıb. Əlavə etməliyəm ki, məndən öncə səfirin tələbi ilə AzTV-nin Rusiya üzrə müxbiri geri çağırılmış, ANS kanalının Rusiya üzrə müxbirinə isə dövlət tədbirlərinə girişə yasaq qoyulmuşdu. Sonuncu hətta səfirlik əməkdaşları tərəfindən fiziki təzyiqə də məruz qalmışdı".  

 

Lavrova verdiyi sualda heç bir üslub, hüquq, qrammatik və etik səhv görmədiyini vurğulayan jurnalistin sözlərinə görə, sual Azərbaycan Prezidenti İlham Əliyevin tezislərindən qaynaqlanıb: 

 

"Belə ki, İlham Əliyev dəfələrlə Konstitusiyanın maddələrinə əsaslanaraq Qarabağın Azərbaycanın daxili işi olduğunu, ərazi bütövlüyümüzün bərpası naminə antiterror əməliyyatları həyata keçirməyin vacibliyini vurğulayıb. Bu gün Azərbaycan ərazisində ələ keçirilən erməni yaraqlıları da terrorizm və ekstremizm maddələrilə mühakimə olunur. Sualdakı “Rusiya daxili işimizə qarışacaqmı” ifadəsinə gəldikdə isə bu təkcə Anar Həsənovu yox, bütün Azərbaycan xalqını düşündürən sual idi ki, o şərəfli missiya mənə nəsib oldu.

 

Polad Bülbüloğlunun sualla bağlı Azərbaycanın rəsmi dövlət instansiyalarına ötürdüyü səhv məlumatlar isə onun mənə qarşı şəxsi qərəzindən irəli gəlib. Şəxsimə qarşı sözügedən qərəzin səbəbi Polad Bülbüloğlunun bu günə kimi düşmənçilik apardığı Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla mənim aramdakı yoldaşlıq münasibətləri olub. Polad Bülbüloğlu Qüdsi Osmanovun Moldovaya səfir göndərilməsindən sonra onunla dost-yoldaş münasibətində olan bütün fəallara qarşı səlib yürüşünə başladı ki, bir diplomatın digərinə qarşı düşmənçiliyi bu gün də milli maraqlara ciddi zərbə vurur".

 

Anar Həsənov qeyd edib ki, sual veriləndən dərhal sonra ona “təxribat damğası” vuran Polad Bülbüloğlunun xüsusi təbliğatı ilə seçilən bir neçə informasiya portalı bu haqda “məlumat” tirajlayıb: 

 

"Təsəvvürünüzə gətirin ki, erməni saytları bu sualın “təxribat” olduğunu milli jurnalistikamıza istinad edərək tirajlayıblar... Halbuki, Lavrov bu suala cavab verməkdə çətinlik çəksə də, ilk dəfə məhz bu suala cavabda “Azərbaycanın işğalda olan torpaqları” sözlərini işlətmişdi. Onun “Qarabağ – Azərbaycanın daxili işi deyil” fikrini isə münaqişənin həlli ilə ATƏT-in Minsk qrupunun, yəni beynəlxalq təşkilatın məşğul olduğu kimi də anlamaq olar. Yəni, mən sualı Konstitusiya aspektindən vermiş, Lavrov isə onu beynəlxalq mandat aspektindən cavablandırmışdı. Amma səfir öz yalnış təfsir və məruzələrilə təzimə getməyən peşəkar jurnalisti “vurmaq” üçün məsələni qəsdən mürəkkəbləşdirdi və onu qalmaqal səviyyəsinə qaldırdı. Bununla da o ictimaiyyətin nifrətini qazanmış və dövlətin söz azadlığı ilə bağlı imicinə zərbə vurmuş oldu. Hər halda, hikkə və məkrlə verilən qərarın nəticəsi belə də olmalıydı. Diplomatiya soyuqqanlılığı tələb edir, Bülbüloğluna isə yersiz çıxış və addımlardan çəkinməyi bəzən Prezident Administrasiyası da məsləhət görür.     

 

Arzum budur ki, Polad Bülbüloğlu – Əli Həsənov cütlüyünün Azərbaycanın milli maraqlarına zərbə vurduğu bu olayın təfərrüatı haqda cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da bilsin. İstərdim ki, hörmət bəslədiyim dövlət xadimlərinə “Dəmir yumruq” əməliyyatı zamanı və postmüharibə dövrünün informasiya müharibəsindəki şəxsi xidmətlərim çatdırılsın. Polad Bülbüloğlu və onun tabeliyində olan əməkdaşlar tərəfindən haqqımda ötürülən məruzələr səfirin diktəsi ilə tərtib edilib ki, onlar həqiqət mənzərəsini təhrif ediblər.

 

“Dəmir yumruq” əməliyyatı bir daha verdiyim sualın doğru və zamanında olduğunu sübut etdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşmış siyasəti və müsbət dinamikalı Rusiya - Azərbaycan - Türkiyə münasibətləri nəticəsində Rusiya Azərbaycanın daxili işinə müdaxilə etmədi. Bu, bir daha təsdiqləyir ki, o zaman Polad Bülbüloğlu Rusiya rəhbərliyinin yox, mənimlə bağlı öz şəxsi fikrini Bakıya məruzə etmişdi...".

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16 Azyaşlı sığınacağa yerləşdirildi - SƏBƏB  19 Oktyabr 2021, 18:10 Əli Əsədov slovakiyalı nazirlə GÖRÜŞDÜ 19 Oktyabr 2021, 18:05