Modern.az

Azərbaycanda ÜDM azalıb

Azərbaycanda ÜDM azalıb

16 May 2021, 13:48

2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25078,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 faiz artıb.

ÜDM istehsalının 41,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,7 faizi tikinti, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 faizi informasiya və rabitə, 0,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.

Rəsmi məlumata görə, əhalinin hər nəfərinə düşən ÜDM 2506,2 manata bərabər olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi