Modern.az

Xanım teleaparıcı efirdən ayrıldı, döyüşə yollanır

Xanım teleaparıcı efirdən ayrıldı, döyüşə yollanır

Dünya

Bu gün, 14:06

Ukraynanın tanınmış teleaparıcısı Andriana Kuçer televiziya fəaliyyətini başa vurduğunu və Silahlı Qüvvələr sıralarında xidmət etmək üçün səfərbər olunmağa hazırlaşdığını bildirib.

Modern.az xəbər verir ki, bu barədə "Detektor Media" nəşri məlumat yayıb.

Andriana Kuçer sonuncu canlı efiri zamanı tamaşaçılarla vidalaşaraq altı illik televiziya fəaliyyətinə yekun vurduğunu deyib.

"Bu gün 24 kanalındakı son efirimdir. Məni izləyən, etibar edən və ordu üçün ianə kampaniyalarına dəstək verən hər kəsə təşəkkür edirəm. Altı il birlikdə çalışdığım həmkarlarıma da minnətdaram. Peşəkar həyatımın bu mərhələsinə nöqtə qoyuram. Özünüzü və ölkəmizi qoruyun", – deyə o bildirib.

Kuçer avqustun əvvəlində döyüş müqaviləsi imzalayaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulmağı planlaşdırdığını açıqlayıb. Lakin hökumətdə baş verən kadr dəyişiklikləri və yeni müqaviləli xidmət şərtləri ilə bağlı qeyri-müəyyənlik səbəbindən bu planını hələlik təxirə saldığını qeyd edib.

Jurnalist bildirib ki, qərarında əsas amil hərbi xidmətin müddəti ilə bağlı islahat çərçivəsində verilən vədlər olub.

"Artıq xidmət edəcəyim bölməni seçmişdim və gələcək vəzifəm üçün hazırlıq keçmişdim. İndi isə yeni müqavilələrin taleyinin necə olacağı aydın deyil", – deyə o əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı silkələyən SƏFƏRBƏRLİK: Azərbaycanlılar gözləyən təhlükə