Modern.az

Brent yenidən dəyər itirdi: 89 dollara düşdü

Brent yenidən dəyər itirdi: 89 dollara düşdü

İqtisadiyyat

30 İyul 2026, 09:17

Dünya bazarında neft qiymətlərində azalma qeydə alınıb.

Modern.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı "Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə ixrac müqaviləsinin dəyəri 1,1% azalaraq bir barel üçün 89,74 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə ixrac edilməklə "WTI" markalı neftin bir barelinin qiyməti də 0,86% ucuzlaşaraq 83,73 ABŞ dollarına enib.

Beləliklə, hər iki əsas etalon neft markası üzrə qiymətlər ticarət sessiyası ərzində eniş nümayiş etdirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib