Modern.az

Daha bir itkin hərbçimizin Şəhid xəbəri gəldi - FOTO

Daha bir itkin hərbçimizin Şəhid xəbəri gəldi - FOTO

Ölkə

31 May 2021, 14:04

Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu məlum olub.


Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş hərbi qulluqçu – əsgər İmanov Məmmədağa İqab oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Modern.az xəbər verir ki, bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilib.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir,


2001-ci il təvəllüdlü şəhid İmanov Məmmədağa İqab oğlunun adı Müdafiə Nazirliyinin itkin düşən hərbçilərlə bağlı yaydığı siyahıda yer almışdı. 

Allah rəhmət eləsin....

 

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır