Flora Kərimova 1941-ci il iyulun 23-də Bakıda anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu (1964), Azərbaycan Dövlət Tibb Unuversitetini (1971) və Azərbaycan Dövlət Konservatoriyasını (1977) bitirib. 14 yaşından bədii özfəaliyyət kollektivlərində, Azərbaycan Dövlət Tibb İnstitutunun "Çinar" ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib. 1983-cü ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin solisti olub. Repertuarında Azərbaycan bəstəkarlarının (Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Rəcəbov, Ramiz Mirişli və b.) mahnıları başlıca yer tutur. Azərbaycan Dövlət Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli) rolunda çıxış edib (1966), "Qanun naminə" (1968) bədii filmində Züleyxa rolunda çəkilib.
Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.
Flora Kərimova 2005-ci ilin parlament seçkisində 42 saylı Sumqayıt ikinci seçki dairəsindən Müsavat, Xalq Cəbhəsi və Demokrat partiyalarının birləşdiyi "Azadlıq" blokunun namizədi olub. Müğənni hakimiyyət dairələrinin müdaxiləsi nəticəsində seçkidə qələbəsinin oğurlandığını iddia edib. Yerli məhkəmələr onun şikayətini təmin etmədiyindən müğənni Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub. 2010-cu ildə Avropa İnsan Hüquqları Məhkəməsi xalq artisti Flora Kərimovanın şikayəti üzrə qərar çıxarıb. Məhkəmə Flora Kərimovanın Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş bir çox hüquqlarının pozulduğunu tanıyıb. Qərara görə, Azərbaycan dövlətinə müğənniyə ödənməli olan 59 min 100 avro təzminat kəsilib.
|
Atam müharibəyə gedən günü fotoqraf çağırtdırıb, mənim şəklimi çəkdirib. O zaman 4 aylıq olmuşam. |
|
O zaman 16 yaşım vardı, böyük ümidlərlə çırpınırdım... |
|
Anamla Moskvaya getmişdik. Şəhəri gəzərkən ərəb tələbələri xahiş etdilər ki, onlarla şəkil çəkdirim. |
|
60-cı illər... Atam, bibim, qohumlarım və mən... |
|
Anamla bir yerdə hind mahnıları oxuyarkən... |
|
1974-cü il. Şirin xatirələr... ”Kim relsin üstündən yıxıldı” adlı oyunumuz var idi. Rəfiqələrim arasında yalnız mən axıra kimi yıxılmadan getmişdim. |
|
Saçımın ön hissəsini yuxarı qaldıranda anamın çox xoşu gəlirdi... |
|
23 yaşım var idi. Ömür keçdi, gün keçdi… |
|
Anamın xahişi ilə başıma tac qoyub şəkil çəkdirdim. |
|
Həkim işlədiyim zamanlar... |
|
Ermənistanda Azərbaycanın mədəniyyət günləri keçirilirdi. Lütfiyar İmanov, Sara Qədimova və başqaları ilə birgə... |
|
Tofiq Behbudovun “Nə isə yox” mahnısına videoçarx çəkilərkən... |
|
Oğlum və rəfiqəm Bella ilə. |
|
Əməkdar artist adını alırdım... Mükafatı mənə Süleyman Tatlıyev verir... |
|
Təmizliyi sevirəm. Almaniyadan qonaqlarım gəlmişdi, onlar gedəndən sonra evləri dibdən-daşdan yığışdırdım. |
|
Həyat yoldaşım və mən. Dayım qızının nişanında bu şəkli çəkdirmişdik. |
|
“Qaytar mənim eşqimi, o sənə gərək deyil” mahnısının çəklişləri zamanı... |
|
Oğlum əsgərlikdə olarkən... |
|
Qızım Zümrüdün bu şəklinə baxanda öz uşaqlığımı xatırlayıram. |
|
Yoldaşım rəhmətə gedəndən sonra ona ithaf etdiyim konsertdə... |
|
Aktyorlar evində Züleyxa Mirismayılova ilə konsert verərkən birgə oxuyurduq. Nəsibə Zeynalova və mən ziyafətlərdən birində |
|
Nazpəri Dostəlıyevanın bacısı qızının toyunda səhnədə oxuyurdum... |
|
Deyəsən "furaşka" mənə çox yaraşır... |
|
Qızım Zümrüd dayısı və bibisi qızları ilə birgə... |
|
Mən, rəhmətlik Rəna xanım, Firuzə İbadova və ... |
|
Oğlum sükan arxasında... |
|
Zümrüdümün son şəkillərindən biri... |
|
Sabir Rüstəmxanlı ilə qonaqlıqda olarkən... |
|
İradə İbrahimovanın mahnısının təqdimat mərasimindəyik... |
|
Rəfiqəmlə toyda... |
|
|
Flora Kərimova hazırda... |
Modern.az