Modern.az

Melaniyadan əri ilə bağlı etiraf: “O, bəzən məni eşitmək istəmir”

Melaniyadan əri ilə bağlı etiraf: “O, bəzən məni eşitmək istəmir”

Dünya

Bu gün, 11:23

ABŞ-nin birinci xanımı Melaniya Tramp həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampın onun fikirlərini hər zaman eşitməyə hazır olmadığını, buna baxmayaraq öz düşüncələrini ona həmişə açıq şəkildə söylədiyini bildirib.

Modern.az xəbər verir ki, 56 yaşlı Melaniya “Fox & Friends” proqramının qonağı olub.

Müsahibə zamanı ondan 80 yaşlı prezidentin bir gün əvvəl Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı barədə fikirlərini soruşub-soruşmadığı soruşulub.

Melaniya ərinin çıxışını yüksək qiymətləndirib.

“Mən ona dedim ki, çıxışı çox yaxşı alındı, özünü çox yaxşı təqdim etdi. Nitqi də möhtəşəm idi”, – deyə birinci xanım bildirib.

Bununla yanaşı, Melaniya həyat yoldaşına onun eşitmək istəmədiyi fikirləri belə həmişə söylədiyini etiraf edib.

“Bəzən ona dediklərimi eşitmək istəmir, amma problem deyil. Mən həmişə həqiqəti deyirəm”, – deyə Melaniya qeyd edib.

Müsahibə zamanı o, Donald Trampın ikinci prezidentlik müddətinin öhdəsindən necə gəldiyindən də danışıb və bunu onun Ağ Evdəki ilk prezidentlik dövrü ilə müqayisə edib.

Melaniyanın sözlərinə görə, prezident demək olar ki, işləməyi dayandırmır.

“O, fasiləsiz işləyir. Onun enerjisi hamıdan çoxdur. Səhər tezdən axşama qədər dayanmadan işləyir”, – deyə birinci xanım əlavə edib.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də Melaniyanın ona fikirlərini bildirdiyini söyləyib. O, xüsusilə bu ilin əvvəlində həyat yoldaşının səhnədə insanların qarşısında rəqs etməsini bəyənmədiyini açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?