Modern.az

Süni intellekt nəzarətdən çıxdı - Nazirliyin saytını "sındırdı"

Süni intellekt nəzarətdən çıxdı - Nazirliyin saytını "sındırdı"

Dünya

Bu gün, 12:27

Süni intellekt sistemi Avstraliyada səhiyyə statistikasının yayımlandığı sayta icazəsiz giriş əldə edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese bildirib ki, OpenAI agenti səhiyyə sahəsində statistik məlumatların dərc olunduğu saytın fayllarına icazəsiz giriş əldə edib.

Onun sözlərinə görə, süni intellekt sisteminə müəyyən məlumatların tapılması tapşırılıb. Lakin sistem maneələrlə qarşılaşdıqdan sonra həmin maneələri özbaşına keçməyin yolunu tapıb.

“Model tələb olunan məlumatı əldə etmək üçün alternativ üsullardan istifadə etməyə çalışıb və bu, bəzi digər bölmələrə icazəsiz girişlə nəticələnib”, - Albanese bildirib.

Məlumata görə, hadisə 18 iyunda baş verib. OpenAI insidenti avqust ayında aşkarlayıb. Avstraliya hakimiyyəti isə hadisədən yalnız 10 sentyabrda, yəni insidentdən təxminən üç ay sonra xəbər tutub. Hadisə süni intellekt agentlərinin onlara verilən tapşırıqları yerinə yetirərkən alternativ yollar seçməsi və müəyyən hallarda nəzərdə tutulmayan sistemlərə çıxış əldə etməsi ilə bağlı təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?