Modern.az

Qırğızıstanda prezident seçkisinin tarixi açıqlandı

Qırğızıstanda prezident seçkisinin tarixi açıqlandı

Dünya

Bu gün, 12:23

Qırğızıstan parlamenti prezident seçkilərinin 2027-ci il yanvarın 27-də keçirilməsini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün, sentyabrın 24-də parlament iclasında deputatlar Qırğızıstan Respublikasında prezident seçkilərinin təyin edilməsi haqqında qərar layihəsinə baxıb və qəbul ediblər”, – məlumatda bildirilib.

Qeyd olunub ki, qərar layihəsi barədə məlumatı parlamentin Konstitusiya qanunvericiliyi, dövlət quruculuğu, yerli özünüidarəetmə və reqlament komitəsinin sədri Gülnarə Akimbayeva təqdim edib.

“Qırğızıstan Respublikasında növbəti prezident seçkiləri hazırkı prezidentin səlahiyyət müddətinin başa çatdığı ildə yanvar ayının dördüncü çərşənbə günü keçirilir. Növbəti seçkilər 27 yanvar 2027-ci il tarixində keçiriləcək”, – parlamentin mətbuat xidmətindən bildirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?