Modern.az

Azərbaycanda sekyuritizasiya hüquqi baxımdan tənzimlənəcək

Azərbaycanda sekyuritizasiya hüquqi baxımdan tənzimlənəcək

Parlament

Bu gün, 10:01

Azərbaycanda sekyuritizasiya fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilir.

Modern.az xəbər verir ki, bu, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, kreditor sahib olduğu aktivlər üzrə gələcəkdə daxil olacaq vəsaiti daha tez əldə etmək üçün həmin aktivləri sekyuritizasiya şirkətinə sata biləcək. Şirkət isə aldığı aktivlər əsasında istiqraz buraxacaq. İstiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan vəsait hesabına həyata keçiriləcək.

Sekyuritizasiyanın predmeti kredit, maliyyə icarəsi və faktorinq müqavilələri, eləcə də birjada listinqdə olmayan korporativ istiqrazlar üzrə pul tələbləri ola biləcək. Hər bir sekyuritizasiya prosesi Mərkəzi Bankın təsdiqlədiyi plan əsasında aparılacaq.

Layihədə investorların risklərinin azaldılması üçün də tələb nəzərdə tutulur. Aktivləri satan şəxs həmin aktivlər əsasında buraxılan istiqrazların azı 5 faizini almalı və onları tədavül müddətinin sonunadək saxlamalı olacaq.

Dəyişikliklər qəbul edilərsə, Mərkəzi Bank sekyuritizasiya planlarını təsdiqləyəcək, sekyuritizasiya şirkətlərinin və xidmət agentlərinin fəaliyyətinə nəzarət edəcək. Bank sirri təşkil edən məlumatların sekyuritizasiya zamanı müvafiq şirkətə verilməsinə də hüquqi əsas yaradılacaq.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Sertifikasiyada nələr çətinləşəcək?-Müəllimlərə xəbərdarlıq