Azərbaycan Respublikasında fövqəladə hallar orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kəmaləddin Fəttah oğlu Heydərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
60 yaşını tamam olan general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikasının fövqəladə hallar naziridir.
Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan şəhərində anadan olub.
Bakı Dövlət Universiteti (keçmiş Azərbaycan Dövlət Universiteti) və Azərbaycan Universitetini bitirib.
1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqalədə hallar naziri vəzifəsinə təyin edilib.
Ailəlidir. 2 oğlu var.