Arxiv
28 İyul 2021, 17:50 | AKTUAL
Qarabağda fəaliyyət göstərəcək mütəxəssislərə avadanlıq verildi

İşğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərəcək süni mayalanma mütəxəssislərinə avadanlıq təqdim edilib.

 

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumatda deyilir. Bildirilir ki, 2021-ci il iyun ayı ərzində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda işğaldan azad olunmuş rayonlar üzrə “Azərbaycanda iribuynuzlu heyvanlar arasında süni mayalanma, heyvanlara qulluq və bəslənmə” mövzusunda təlim keçirilib. Təlim Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində baş tutub.

 

Təlimin əsas məqsədi Türkiyənin süni mayalanma, heyvanlara qulluq və bəslənmə sahəsində sahib olduğu təcrübələrin azərbaycanlı mütəxəssislərə, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər və Laçından olan mütəxəssislərə öyrədilməsi, qarşılıqlı bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi, yaxın gələcəkdə işğaldan azad edilmiş ərazilərdə heyvandarlığın və ümumilikdə kənd təsərrüfatının inkişafına nail olmaq üçün yüksək peşəkarlığa sahib kadrlar hazırlamaqdır.

 

Proqrama uyğun olaraq mütəxəssislərə nəzəri biliklər öyrədilməklə praktiki təcrübələr və tətbiqetmələr də nümayiş etdirilib. Təilmdə iştirak edən və sertifikat əldə edən mütəxəssislərin işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərəcəklərini nəzərə alaraq Türkiyə Respublikası tərəfindən humanitar yardım kimi onlara ilkin fəaliyyət üçün lazım olan avadanlıq və ləvazimatlar təqdim edilib.

 

Türkiyədən göndərilmiş avadanlıq və lavazimatların süni mayalanma mütəxəssislərinə təqdim edilməsi məqsədilə Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi şöbəsi tərəfindən Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) görüş təşkil edilib. Görüşdə Naziliyin Heyvandarlıq Elmi-Tədqiqat İnstitu, Respublika Süni Mayalanma Mərkəzinin, Füzuli DAİM-in rəhbər şəxsləri və əməkdaşları iştirak edib. Süni mayalama mütəxəssislərinə işğaldan azad olunan ərazilərdə uğurlu fəaliyyətlə bağlı müvafiq tövsiyələr və tapşırıqlar verilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?