Modern.az

Universitet müəlliminin iki övladı paralimpiya çempionu oldu - FOTO

Universitet müəlliminin iki övladı paralimpiya çempionu oldu - FOTO

Mədəni̇yyət

30 Avqust 2021, 13:39

Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zülfiyyə Kərimovanın övladları paralimpiya çempionu olublar.

Bu barədə Modern.az-a Universitetdən verilən məlumatda bildirilib.


Qeyd edilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın iki övladı Dürsədəf Kərimova və Xanım Hüseynova "Tokio 2020 XVI Yay Paralimpiya Oyunları"nda bütün rəqiblərinə qalib gələrək paralimpiya çempionu olub. Onların hər ikisi paracüdoçudur.

 

Builki Paralimpiya Oyunlarında 22 idman növündə 162 ölkədən təxminən 4400 idmançı 539 medal üçün yarışır.

 

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edir. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

Azərbaycanın komandasının hesabında hazırda 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürünc medaldır.

Belə ki, paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (70 kq-dan yuxarı) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medala sahib olublar. Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Para-atlet Elvin Astanov nüvə itələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


A.Qorxmaz


Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir