26 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
24 Sentyabr 2021, 16:03 | ÖLKƏ
Ramin Bayramlı universitetdəki vəzifəsindən də ayrıldı - EKSKLÜZİV

Bu ayın əvvəlində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlı Azərbaycan Tibb Universitetindəki (ATU) işindən də ayrılıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, ATU-nun mətbuat katibi Günel Aslanova məlumat verib.

 

G.Aslanova qeyd edib ki, R.Bayramlının ATU ilə bağladığı müqavilənin müddəti başa çatıb:

 

“Ramin Bayramlı Azərbaycan Tibb Universitetində əvəzçilik müqaviləsi əsasında çalışırdı. Yeni müqavilə üçün müraciət etməyib. Hazırda bizim işçimiz deyil”.

 

Məlumat üçün bildirək ki, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. 

 

Xatırladaq ki, Ramin Bayramlı 2 dekabr 2019-cu ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmrilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri təyin edilmişdi. O, 12 sentyabr 2021-ci ildə tutduğu vəzifədən istefa verib.

 

R.Bayramlı 20 noyabr 1979-cu ildə anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin (ATU) tibbi profilaktika fakültəsini bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasında baş laborant vəzifəsində başlayıb. 2005-ci ildən kafedrada assistent, 2009-cu ildə baş müəllim, 2013-cü ildə isə dosent vəzifələrində çalışıb.

 

2011-2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013-2016-cı illərdə həmin Klinikanın baş həkimi vəzifələrində fəaliyyət göstərib. Talassemiya Mərkəzi publik hüquqi şəxsin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

 

O, TƏBİB-ə sədrliklə yanaşı, ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində işləyirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İŞİD İraqda hücum etdi - Ölü və yaralılar var 27 Oktyabr 2021, 00:50 Ukrayna "Bayraktar"la separatçılara zərbə endirdi 27 Oktyabr 2021, 00:45 Ermənistan Prezidenti Səudiyəyə səfər etdi 27 Oktyabr 2021, 00:30 Ermənistanın Qarayusifli kəndində törətdiyi terrordan 1 İL KEÇİR   27 Oktyabr 2021, 00:11 Boksçumuz çempionatda erməni ilə üz-üzə gələcək 26 Oktyabr 2021, 23:49 Ərdoğandan Azərbaycanla bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 23:21 Makron Çin lideri ilə Əfqanıstanı müzakirə etdi 26 Oktyabr 2021, 23:02 Ərdoğanın Azərbaycana rəsmi səfəri BAŞA ÇATDI 26 Oktyabr 2021, 22:36 4 Türk dövləti tələbələri bir arada - VİDEO 26 Oktyabr 2021, 22:25 İlham Əliyev və Ərdoğan Zəngilanda birgə mətbuat konfransı keçirib - YENİLƏNİB 26 Oktyabr 2021, 22:19 Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır 26 Oktyabr 2021, 22:01 Türkiyənin İraq və Suriyaya qoşun göndərmə müddəti UZADILDI 26 Oktyabr 2021, 21:57 İsmixan Rəhimov kimdir və ya “İstiqlal” ordeni ilk olaraq kimə verilməliydi? 26 Oktyabr 2021, 21:43 Ərdoğandan Ermənistanla münasibətlərin normallaşması üçün ŞƏRTLƏR 26 Oktyabr 2021, 21:39 Bu rayonda qazın verilişində fasilə yaranacaq 26 Oktyabr 2021, 21:36 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 21:27 Mehriban Əliyevadan Ərdoğanın səfəri ilə bağlı PAYLAŞIM 26 Oktyabr 2021, 21:21 “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik” - Ərdoğan 26 Oktyabr 2021, 20:56 “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək” 26 Oktyabr 2021, 20:36 Ərdoğan: “Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik" 26 Oktyabr 2021, 20:23 “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur” - İlham Əliyev 26 Oktyabr 2021, 20:16 "Şərq" 25 yaşını qeyd etməyə hazırlaşır - FOTOLAR 26 Oktyabr 2021, 20:13 Prezident: “Şuşa Bəyannaməsi əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırdı” 26 Oktyabr 2021, 20:07 Türkiyə Azərbaycanda mövqelərini möhkəmləndirir - ŞƏRH 26 Oktyabr 2021, 20:07 Türkdilli dövlətlərin təhsil nazirləri görüşəcək 26 Oktyabr 2021, 19:51 Toplanışa çağırılan hərbçilər hərbi hissədə - VİDEO 26 Oktyabr 2021, 19:46 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi TARİX 26 Oktyabr 2021, 19:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar - YENİLƏNİB 26 Oktyabr 2021, 19:37 Ərdoğan Zəngəzur dəhlizi barədə: "Daha irəli gedəcəksiniz" 26 Oktyabr 2021, 19:27 XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin təməlini qoydular - YENİLƏNİB 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37