Modern.az

Deputat intihar etdiyi deyilən şəhid anasına baş çəkdi - FOTO

Deputat intihar etdiyi deyilən şəhid anasına baş çəkdi - FOTO

27 Oktyabr 2021, 17:08

“Dünəndən sosial şəbəkələrdə belə bir xəbər yayılıb ki, şəhid anası intihara cəhd edib. Bu gün mən həmin xanımla görüşdüm. Biz onu çoxdan tanıyırıq, onun ailəsində də dəfələrlə olmuşuq. Bəli, səhhətində problem var, təzyiqi qalxmışdı, indi normallaşır. Amma intiharla bağlı xəbərlər şişildirmiş söhbətdir”.


Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.


Onun sözlərinə görə, şəhid anasının mənzil problemi ilə bağlı şikayətləri olub, ona görə də əsəbləşib, təzyiq dərmanı içib:


“Şəhid anasının problemi həll olunub, artıq narahatlığa da ehtiyac yoxdur. Bu məsələ diqqət mərkəzindədir, intiharla bağlı da yayılan xəbərlərə ehtiyac yoxdur. Özü ilə də söhbət etdik, məsələnin yalan olduğunu bildirdi. Hazırda isə xəstəxanadadır, yəqin ki, bir-iki günə yaxşı olacaq. Həkimləri ilə də məsləhətləşdik, səhhətində ciddi bir problem yoxdur”.

Xatırladaq ki, Gəncədə Vətən müharibəsi şəhidi Sahib Həsənovun anası Vüsalə Məmmədovanın ötən gün intihara cəhd etdiyi barədə xəbər yayılıb. O, hazırda xəstəxanadadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür