Arxiv
29 Noyabr 2010, 13:32 | MEDİA
Xarici vətəndaşla ailə quran azərbaycanlı jurnalist-Ayşə Kərimova...

Ayişə Kərimova: “Axtardığım xüsusiyyətləri daşıyan biri ilə qarşılaşacağıma inanmırdım”


Modern.az
xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlərin ailə dramını davam etdirir. Bu günkü qəhrəmanımız çoxdandır mediada görünməyən jurnalist Ayşə Kərimovadır. Ayşə xanım 2006-cı ildə Türkiyə vətəndaşı ilə ailə qurarar İstanbula köçüb və hazırda da orada yaşayır.

Ayşə Kərimova 16 dekabr 1978-ci ildə Qax rayonunda müəllim ailəsində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitiib. “Yeni Müsavat” qəzetində jurnalist fəaliyyətinə başlayan A.Kərimova sonradan “7 Gün” və “İmpuls” qəzetlərində çalışıb.  Televiziya jurnalistikasına “İnternyus”un hazırladığı və ANS-də yayımlanan “Güzgü”proqramıyla başlayıb. 1999-cu ildən etibarən  “Space” telekanalında fəaliyyətə başlayıb və Gənclər departamenti nəzdində efirə çıxan 30-dan çox TV layihəsinin altında imzası durur. Ən populyar layihələri, müəllifi və aparıcısı olduğu “Çardaq”(gənclər üçün proqram), “Açıq qapı” (içtimai-sosial tok-şou), “Qadın saatı” (gender proqramı) idi. Bunlardan əlavə müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edən və yer alan “215 KL” studiyasının istehsalı olan 2 sənədli filmin (“7 oğul istərəm” ve “Nikah sirləri”) ssenari müəllifi olub. İREX-in  Regional Televiziyaların inkişafı layihəsi çərçivəsində istehsal etdiyi “Kəsişmə Nöqtəsi” proqramı da onun həyata kəçirdiyi layihələrə daxildir.  

- Sizi Azərbaycanı birdəfəlik tərk edənlər sırasına yazmaq olarmı?

- Nədən Azərbaycanı tərk edim ki? Ailəm, doğmalarım, müəllimlərim, karyeram – hər şeyim ücün vətənimə borcluyam. Azərbaycanı heç bir zaman tərk etmək fikrinə düşmədim, düşmərəm də. Sadəcə, evləndiyim üçün, həyat yoldaşımın yaşadığı şəhərdə yaşayıram. Rahat həyat üçün Azərbaycanı tərk edənlər qrupuna daxil deyiləm. Bu insanları heç bir zaman anlamadım. Vətən sadəcə rahat yaşamaq üçün, macəra üçün tərk edilməməlidir. “Nə olursa-olsun təki Azərbaycandan tez çıxım” fikrini daşıyan bir çox insan gördüm. Rahat həyat üçün Azərbaycanı tərk edib xaricə gedən vətəndaşların başına gələn müsibətlərə də şahidlik etdim. Bu mövzuya verilişlərimdə də çox toxundum. 

- Türkiyəyə köçəndən sonra çətinliklərlə üzləşibsinizmi?

- Yox. Bura da vətəndi. Bir-iki bürokratik əngəli hesaba almasaq, heç bir problem yoxdur.

- Necə oldu ki, xarici vətəndaşla ilə ailə həyatı qurdunuz?

- Mən xarici vətəndaşla ailə qurmadım. Türk-azərbaycanlı fərqi yoxdur. O da mənim millətimin oğludu. Məndən daha çox azərbaycanlıdı, Azərbaycan sevdalısıdı. Məni tanımadan öncə Azərbaycana aşiq olub, sonra mənə. Doğaner Gönen tariximizi, millətimizi, ata-babalarımızı məndən daha yaxşı bilir və mənə də öyrədir. Bizə gələnlər bilirlər – eyvanımızda 3 bayraq dalğalanır. Birincisi Azərbaycanımızın, ikincisi Türkiyəmizin, üçüncüsü Atatürkümüzün. Belə bir insanla həyat qurduğum üçün və Azərbaycana belə bir övlad –kürəkən demirəm - övlad qazandırdığım üçün çox xoşbəxtəm.

- Əvvəllər xarici vətəndaşla ailə həyatı qurmağı fikirləşmişdinizmi? Yəni ağlınıza gələrdimi nə vaxtsa xarici vətəndaşla evlənəcəksiniz?

- Mən ümumiyyətlə ailə qurmağı düşünən insanlardan deyildim. Çünki mənim axtardığım xüsusiyyətləri daşıyan biri ilə qarşılaşacağıma inanmırdım. Mənim üçün evlilikdə “olmazsa,  olmaz” dediyim xüsusiyyətlər var - mahiyyət, qulluq etdiyi ideya, dünyaya baxdığı pəncərə, həyatı paylaşa bilmək qabiliyyəti - bütün bunları özündə birləşdirə bilən adamla evlənə bilərdim ancaq. Sadəcə, emosiyalarla deyil,  emosiya, həyəcan, mahiyyət, inanılan yol, məsuliyyət, sədaqət kimi xüsusiyyətlərin cəmi ilə aliə qurulur. O başqa məsələ ki, bir çoxları ailə qurmaq üçün  bütün bu saydıqlarımı  önəmli və maraqlı hesab etməyə bilər. Sonunda hər kəsin bir seçimi var. Təbii ki, yerlilərimin də arasında mütləq bu xüsusiyyətləri daşıyan bir çox gənc vardı. Hər halda cəsarətləri yetmədi qarşıma çıxmağa - bunu bilmirəm- ehtimal edirəm. Demek ki, mənim də bəxt ulduzum Türkiyədə doğacaqmış.

- Belə evlilik məsələsində əvvəlki düşüncələrinizlə indiki düşüncəniz arasında fərq varmı?

- Yox. Çünki mən ailənin sadəcə emosiyalar, hisslər  üzərində qurulduğuna inananlardan deyiləm.Yuxarıda saydıqlarım mənim ücün evliliyin bünövrə daşlarıdı. Və mənə görə ən sağlam evlilik bünövrəsi bu daşlar üzərinde qurulur. Evlənmədən öncə də bir evliliyi ayaqda tutan əsas nöqtələr bunlardı mənim üçün, evlilikdən sonra da. Ailə müəssisəsi içərisində həyatının hər saniyəsini paylaşacaqsan - sirrlərini paylaşacaqsan, əqidəni, sükunəti, çılqınlığı, mahiyyəti, dünyaya baxdığın pəncərəni, sevgini, həyəcanı, nə bilim, ağlınıza gələn hər şeyi paylaşacaqsan. O zaman bu birgəliyi heç bir fırtına, qasırğa devirə bilməz. 

- Həyat yoldaşınız kimdi, hansı sahədə çalışır?

- O da mənim kimi jurnalistdir. Mərmərə Unversiteti basın-yayın bölümündən məzundur. “Hürriyet”qəzetində yazı işleri müdiridir.

- Özünüz hazırda hansı işlə məşğulsunuz?

- Evliliyn ilk illərində dincəlmək istədim. O arada bütün Türkiyəni gəzdim, tanımağa, öyrənməyə çalışdım. Hələ də öyrənirəm. Önümüzdəki il üçün üzərində işlədiyim bir layihe var. Yəni artıq aktiv fəaliyyətə başlayacam.

- Azərbaycan mətbuatını izləyirsinizmi?

- Bəli. İnternet vasitəsi ilə.

- Jurnalist həmkarlarınızla əlaqələriniz varmı?

- Var. Sadəcə, başqa şəhərlərde yaşadığımız üçün sıx-sıx görüşə bilmirik.

-  Orada yaşamaq sizə çətin deyil ki?

- Qətiyyən. Çünki bura da Vətəndi. Türkiyədə bizimdi.

- Həyat yoldaşınız və siz: adət - ənənələrdə hansı fərqlər, hansı oxşarlıq var?

- Heç bir fərqlilik yoxdur. Hər çəhətdən bir-birimizə oxşayırıq. Əslində yoldaşımın kökləri Bakıya gedib çıxır. Doğum yeri Ərzurumdur. Ərzurumun dadaşlarındandır. Adətlərə, ənənələrə çox bağlı ailəsi var.

- Uşaqlarınızı hansı ruhda tərbiyə edəcəksiniz?

- Əgər nə vaxtsa bir övladım olsa, onun vətənsevər olacağına əminəm.

- Həyat yoldaşınızın ailəsində sizi necə qəbul ediblər?

- Çox gözəl. Yoldaşımın çox böyük ailəsi var. 7 bacı-qardaş. Məni də 8-ci olaraq böyük bir sevgiylə aralarına aldılar.

- Ailəlikcə Azərbaycana heç gəlibsinizmi?

- Əlbəttə. Ailə bağlarını qoparmamaq çox önəmlidir. Biz də haylı-küylü, çox böyük bir türk ailəsinə sahibik. Hər fürsətdə bir arada toplaşırıq.

- Nə vaxtsa Azərbaycana dönüb burada yaşamaq istərdinizmi?

- Niyə də olmasın. Yoldaşım Azərbaycan vətəndaşlığı üçün ilkin mərhələyə baş vurub. Bürokratik prosedur başlayıb. Bu işin bir qayda-qanunu var. Hər kəs kimi biz də bu qaydalara əməl edirik. Gələcəkdə Azərbaycanda yaşamaq  niyyətimiz var.

 

 

 

 


Modern.az 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Londonda Xocalı aksiyası - FOTO 24 Fevral 2021, 22:18 Finiksdə erməni terrorunu əks etdirən sərgi təşkil olundu - FOTO 24 Fevral 2021, 22:08 Nazirlikdən əhaliyə müraciət: Ehtiyac olmadıqda küçəyə çıxmayın 24 Fevral 2021, 21:59 Putin tanınmış aktyora Rusiya vətəndaşlığı verdi 24 Fevral 2021, 21:47 Gürcüstanın hökumət administrasiyasının rəhbəri istefa verdi 24 Fevral 2021, 21:33 Neft bahalaşdı 24 Fevral 2021, 21:19 Azərbaycan və pakistanlı deputatlar Xocalı soyqırımını müzakirə etdilər 24 Fevral 2021, 21:08 Müəllimlərin işə qəbulu üzrə onlayn müsahibələrin nəticələri açıqlandı 24 Fevral 2021, 20:57 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” – VİDEO 24 Fevral 2021, 20:44 Bölgələrə qar yağır - FAKTİKİ HAVA 24 Fevral 2021, 20:34 Ankarada Xocalı soyqırımına həsr olunan tədbir keçirildi - FOTO 24 Fevral 2021, 20:28 Yevlaxda zəncirvari qəza - xəsarət alanlar var 24 Fevral 2021, 20:15 Deputatdan Ermənistanın ittihamına cavab: “Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur” - VİDEO 24 Fevral 2021, 20:10 Sabah məktəblərdə dərs olacaq? - Nazirlikdən AÇIQLAMA 24 Fevral 2021, 20:04 Bişkek ictimaiyyəti dünya birliyini Xocalı soyqırımına obyektiv qiymət verməyə çağırıb 24 Fevral 2021, 20:00 Ceyhun Bayramov Aİ-nin komissarı ilə telefonla danışdı 24 Fevral 2021, 19:55 Gürcüstanın yeni Baş naziri Azərbaycana dəvət olundu 24 Fevral 2021, 19:47 FHN vətəndaşları qaydalara əməl etməyə çağırdı - VİDEO 24 Fevral 2021, 19:40 İtaliyanın Liveri bələdiyyəsi Xocalı soyqırımını pisləyən sənəd qəbul etdi 24 Fevral 2021, 19:32 Azay Quliyev: “Biz ATƏT PA-nın dialoq təklifini dəstəkləyirik” - VİDEO 24 Fevral 2021, 19:24 Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb - FOTO 24 Fevral 2021, 19:16 Ağdaşda ev YANDI 24 Fevral 2021, 19:08 Bu tarixdən Kiyevdən Bakıya uçuşlar bərpa olunacaq 24 Fevral 2021, 19:00 Əfv Komissiyası bu gün 150-dən çox müraciətə baxdı 24 Fevral 2021, 18:52 Polis köməksiz qalan sürücü və sərnişinlərə kömək etdi - FOTO 24 Fevral 2021, 18:44 Bazeldə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib 24 Fevral 2021, 18:36 Xəzərdə dalğanın hündürlüyü 5.4 metrə çatıb - Faktiki hava 24 Fevral 2021, 18:28 Bakıda yıxılıb xəsarət alanlar sayı 39-a çatdı - YENİLƏNİB 24 Fevral 2021, 18:20 Dövlət agentliyi 31 obyektdə pozuntular aşkarladı - SİYAHI 24 Fevral 2021, 18:12 Hikmət Hacıyev Ukrayna xarici işlər nazirinin müavini ilə görüşdü 24 Fevral 2021, 18:04 ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb - VİDEO 24 Fevral 2021, 17:58 Xocalı qatilləri gec-tez cavab verəcəklər 24 Fevral 2021, 17:52 “Bakıya bir ayın yağıntısı bir gündə yağdı” - Nazirlik 24 Fevral 2021, 17:46 Diaspor təşkilatı Norveç hökumətini Xocalı soyqırımını tanımağa çağırıb 24 Fevral 2021, 17:40 Paşinyan “yallını” qonşularla əməkdaşlığa dəyişmək istəyir - ŞƏRH 24 Fevral 2021, 17:34