Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun ad günüfür. Modern.az saytının məlumatına görə, Zakir Bəkir oğlu Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub.
1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.
25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsində işləyir.
I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il və 29 sentyabr 2006-cı il tarixli Sərəncamları ilə «İgidliyə görə» medalı və «Azərbaycan bayrağı» ordeni ilə təltif edilib, 3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülüb.
Ailəlidir, iki övladı var.
“Baş prokurorun ad günü ilə bağlı rəsmi bir tədbirin keçirilməsi nəzərdə tutulmayıb”. Bu fikirləri Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az saytına açıqlamasında bildirib. E.Sultanov vurğulayıb ki, prokurorluq çərçivəsində bu zamanadək belə bir rəsmi və qeyri-rəsmi mərasim keçirilməyib.
Modern.az