Modern.az

Araz Əlizadə: “ İctimai Palata uşaq oyunlarıdır”

Araz Əlizadə: “ İctimai Palata uşaq oyunlarıdır”

Ölkə

13 Yanvar 2011, 15:19

“Mənim və Ayaz Mütəllibovun müxalifət partiyalarınının yaratdığı İctimai Palataya daxil olmaq fikrimiz yoxdur. Bütün bu palata məsələsi uşaq oyunlarıdır”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının həmsədri Araz Əlizadə siyasi qüvvələrin əməkdaşlıq mərkəzinin perspektivi barədə danışarkın bildririb.

 

Onun sözlərinə görə, müxalifət partiyaları İctimai Palata yaramaqla özlərinin seçkilrdəki məğlubiyyətini ört-basdır etmək istəyirlər. “Hər dəfə seçkilrdən sonra siyasi partiyalar bu yolla gündəmdə qalmaq istəyirlər. İctimai Palata da bu manevrlərdən biridir”-deyə A. Əlizadə vurğulayıb.

 

ASDP ölkədə sol qüvvələrin hər hansı bir siyasi blokunu yaratmaq niyyətində deyil. A.Əlizadənin fikrincə, bu gün zəif durumda olan sol qüvvələrin bu sahədə əməkdaşlığı perspektivi yoxdur. “ASDP tək fəaliyyətə üstünlük verir”-deyə həmsədr vurğulayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı