Modern.az

Bu il ali məktəblərə qəbulda hansı dəyişiklər olacaq?

Bu il ali məktəblərə qəbulda hansı dəyişiklər olacaq?

Ölkə

14 Yanvar 2011, 15:27

2011-2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında bir sıra yeniliklərin olacağı bildirilir. Tələbə Qəbulu Üzrə Dövlət  Komisiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az saytına bildirib ki, ali məktəblərə qəbul qaydalarına hələ 2010-cu ilin sentyabr ayında dəyişikliklər olub.
“Köklü dəyiklik olmayacaq. Yalnız III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşunaslıq” ixtisasları 2011-ci ildə II ixtisas qrupuna keçirilib. Artıq “Beynəlxal münasibətlər”  və “Regionşunaslıq” ixtisaslarına qəbul olmaq istəyən abuturyentlər II qrup üzrə imtahan verməlidirlər. Bundan əlavə, riyaziyyat fənni üzrə beş test tapşırığının açıq olması nəzərdə tutulub. Ənənəvi test tapşırığında sual verilirdi və cavab variantları təqdim olunurdu, yəni bir doğru dörd yanlış cavab variantı göstərilirdi. Açıq suallarda icə cavab olmayacaq, abituriyen özü tapmalıdır”.

E.Nağızadə onu da bildirib ki, fevral ayının əvvəlində “Abitriyent”jurnalının birinci sayı çapdan çıxacaq və həmin jurnalda dəyişikliklər haqqında ətraflı məlumatlar dərc olunacaq.  

 

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı