Modern.az

17 yanvarın məşhurları...

17 yanvarın məşhurları...

Ölkə

17 Yanvar 2011, 10:57

17 yanvar tarixində dünyada bir sıra məşhur simalar doğulub, yadada qalan hadisələr baş verib.

Dollarla yadda qalan Bencamin…

17 yanvar 1706-cı ildə ABŞ alimi və siyasətçisi Bencamin Franklin anadan olub.
Amerika Birləşmiş Ştatlarından banilərindən biri olan Bencamin Franklin yüksək intellektə sahib olmaqla yazıçı, satirist, siyasi nəzəriyyəçi, siyasətçi, poçtmeyster, alim, ixtiraçı, dövlət xadimi və diplomat kimi məşhurluq qazanıb. Elmdə elektrik və optika sahəsindəki tədqiqatları ilə tanınır. O, ABŞ-da ilk ictimai kitabxananın və Pensilvaniyada ilk yanğınsöndürmə idarəsinin yaradıcısıdır. Bencamin Franklin ABŞ-ın baniləri arasında yeganə şəxsdir ki, Amerika Birləşmiş Ştatlarının yaranmasında əsas rol oynayan hər üç sənədə imza atıb. Bunlar ABŞ İstiqlal Bəyənnaməsi, Konstitutsiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsidir.
1928-ci ildən Franklinin portreti ABŞ-ın 100 dollarlıq pul əskinaslarının üzərində təsvir olunur.
Franklinin bir çox maraqlı aforizmləri tarixə düşüb. Bu aforizmlərdən bir neçəsini oxuculara təqdim edirik.
- Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir;
- Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan, yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir;
 - Bir bu gün iki sabaha dəyər;
- Əxlaqsızlıq zənginlikə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir;
-  Əgər rahat yatmaq istəyirsənsə, yatağına özünlə təmiz vicdan apar;
- Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır;
- Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.
Onunla bağlı maraqlı faktlardan biri odur ki,  Amerikanin prezidenti Bencamin Franklin Amerikanin milli quşunun hind toyugu olması barədə fikri müdafiə edib.

Hekayənin “atası” Çexov

17 yanvar 1860-cı ildə böyük rus yazıçısı Anton Çexovun doğum günüdür.
Hekayələri ilə dünya ədəbiyatında hadisə olan rus yazıçı Antоn Pavloviç Çeхоv dramaturq kimi də klassik rus ədəbiyyatının ən yaхşı nümunələrini yaradıb. Antоn Pavlоviç Çeхоv iхtisasca həkim оlsa da, yazıçı kimi daha böyük şöhrət qazanıb. Çexov 1904-cü il iyulun 15-də vəfat edib.
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tolstoy Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Demokrat olan şairə

17 yanvar 1926-cı ildə tanımış Azərbaycan şairəsi, əməkdar incəsənət xadimi  Mədinə Gülgünün ad günüdür.
Ələkbərzadə Mədinə Nurulla qızı (Mədinə Gülgün) Bakıda fəhlə ailəsində anadan olub. Burada ibtidai məktəbi bitirib. 1938-cı ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçublər. Sonra Təbriz şəhərində yaşayıb, əmək fəaliyətinə burada toxuculuq karxanasında başlayıb. Gənc yaşlarından demokratik hərakata qoşulub. Sonralar Təbriz dram teatrında çalışıb. "Azərbaycan" qəzeti redaksiyasında xüsusi müxbir işləmiş Mədinə Gülgün 1945-46 -cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu bütün həmin inqilabın carçısı olub. O, 1948 -ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olub.
Mədinə Gülgün 1992-ci ildə fevralın 17-də Bakıda vəfat edib. Qəbri Fəxri xiyabandadır.

Qaradərili ilk “birinci xanım”

17 yanvarda ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın həyat yoldaşı olan Mişel Obama anadan olub. Peşəcə vəkil olan Mişel Prinston Universitetini (sosiologiya bakalavrı), Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib.
İlk iş yeri “Sidli Ostin” hüquq firmasında olan Mişel marketinq və intellektual mülkiyyət qanunvericiliyi sahəsində ixtisaslaşıb. Çikaqo merinin köməkçisi, daha sonra meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrini tutub. Çikaqo Universitetində dekan köməkçisi, həmin universitetin nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktoru, vitse-prezidenti olub.
Barak Obama ilə 1992-ci ildə ailə həyatı quran Mişel iki qız anasıdır. Malia 1999-cu, Saşa 2001-ci ildə dünyaya gəlib. ABŞ prezidentinin xanımı Mişel Obamanı “Forbes” jurnalı 2010-cu ildə dünyanın ən nüfuzlu qadını elan edib.  

Əfsanəvi boksçu

17 yanvar 1942-i ildə əfsanəvi boks ulduzu Məhəmməd Əli anadan olub.
1960-cı  il Olimpiya çempionudur. Əsl adı Kasius Marselius Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar qadın olub. Metodist kilsəsinin üzvü olan olan atası öz həyat yoldaşına oğullarını anasının istəyinə görə yetişdirməyə - Baptist kilsəsinə aparmağa icazə verirdi.
Kasius 12 yaşında olarkən onun velosipedini oğrayırlar. Tez tədbir görmək qərarına gələn kiçik Kley cəld polis idarəsinə yollanır. O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Artıq növbəti gün Kasius Martinin boks zalında məşq edirdi. Beləliklə boksla məşğul olmağa başlayan Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunların da ilk böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına layiq görülür.
1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb. 1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir. Artıq Kasius Kley yoxdur, əvəzinə Məhəmməd Əli vardı. O, həmçinin, Aliya Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olur. Həmin dövrdə bu təşkilat qara dərili müsəlmanların təşkilatı hesab olunurdu. Müsahibələrinin birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi. Əli öz fikrində israr edirdi. Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi.
1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən imtina edir. O, özünü könüllü imtinaçı adlandırırdı. Əli ABŞ-ın başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu elan edirdi. “Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt təhqiredici formada “qara zənci” çağırmayıblar. Bu ədalətsiz bir müharibədir” - deyə Əli açıq şəkildə bildirirdi. Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını əldən alaraq, Əlini 3 il müddətinə boksdan uzaqlaşdırır.
Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı. Əlinin ictimaiyyətin hörmət və ehtiramını qazanırdı. Axı, o, öz prinsiplərinə sədaqət nümayiş etdirmişdi. 1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. 1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında “Əsrin döyüşü” adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə başa çatır. Bu iki təcrübəli və məğlubedilməz döyüşçü ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda üz-üzə gəlirlər. Bu, Əlinin ilk məğlubiyyəti olur.
1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir. Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş “Cəngəllikdə guppultu” adı ilə boks tarixinin qızıl səhifəsinə çevrilir.
1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin ssenarisinin “əsasını qoyur”. Belə ki, görüşün 9-cu raundunadək müdafiə olunaraq zərbələr “yeyən” və 9-cu raundda nokdauna düşən Əli sonrakı üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.
1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30 dərəcədən artıq isti havada keçirilir. Bu sonadək aqressiya dolu döyüş idi. Görüşün 14-cü raundunda Freyzerin küncü döyüşü davam etdirməkdən imtina edir və Əli qələbə qazanır. Bu döyüş “Manilada Triller” adını qazanır. Döyüşdən sorna Əli Freyzeri özündən sonra ən yaxşı boksçu adlandırır.
1978-ci ildə Əli tanınmış boksçu Leon Spinksə məğlub olur. Bu, onun üçüncü məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli boksu tərk etdiyini elan edir.
Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin əlamətləri görünməyə başlayır.
1991-ci ildə Tomas Hauzer tərəfindən “Məhəmməd Əli: Onun həyatı və zamanlar” adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox tanınan amerikalı olduğuna görə, “Amerikanın ruhu” mükafatı təqdim olunur.
2001-ci ildə Əlinin həyatı ekranlaşdırılır. “Əli” filmində əsas rolu məşhur Hollivud ulduzu Vil Smit ifa edirdi. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O, ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: “Sən məni canlandırmaq üçün kifayət qədər gözəl deyilsən” olub.
2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə Kabildə qalır.
2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi.

17 yanvar 1962-ci ildə Hollivud ulduzu Cim Kerri anadan olub. “Maka” filmi ilə populyar olan Kerri dünyada və Ameriaka komik aktyor kimi məşhurdur. Onun Eys Ventura”, Trümenin şousu” və digər filmələri yaddqalan olub.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı