Modern.az

Heydər Əliyevin keçmiş müşaviri: “Bizim yazdıqlaımızı BMT dəyişdirib sənədə saldı”

Heydər Əliyevin keçmiş müşaviri: “Bizim yazdıqlaımızı BMT dəyişdirib sənədə saldı”

Ölkə

17 Yanvar 2011, 19:41

Qabil Hüseynli: “Qarabağla bağlı “problem” və “münaqişə” terminləri işlədilməməlidir"

Qarabağla bağlı aparılan sülh danışıqlarını şərh edərkən rəsmilər və siyasi müşahidəçilər adətən “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi”, “Dağlıq Qarabağ problemi” ifadələrini işlədirlər. Halbuki, hər iki halda işlədilən terminologiya qüsurlu hesab edilməlidir. Çünki əgər biz “problem” və ya “münaqişə” ifadələrini işlədiriksə, o zaman belə anlaşılr ki, Azərbaycan özünə aid torpaqların hüquqi statusunda problemlərin olduğunu etiraf edir və bununla bağlı danışıqlar aparır. Ancaq Dağlıq Qarabağ əzəli Azərbayacan torpağıdırsa o zaman beynəlxalq vasitəçilərin bu terminalogiyadan istifadəsi rəsmi Bakının xeyrinə deyil.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, həqiqətən hər iki ifadə prosesin mahiyyətini təhrifinə yol açıb. Onun sözlərinə görə, əslində hquqi baxımdan bu “Ermənistan –Azərbaycan müharibəsi”, “Dağlıq Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarının mərkəzi hakimiyyətə qarşı hərbi qiyamı” kimi formula edilməlidir. 

“Rəsmi danışıqlarda ortaya qoyulan hüquqi format düz deyil. Öncə məsələyə düzgün siyasi qiymət verilməlidir. Bunun nəticədiri ki, aparılan sülh danışıqlarında heç bir nəticə yoxdur. Üstəlik ara-sıra “milli müqəddəratın təyin edilməsi” kimi sərsəm ideyalar da səslənir. Bunu açıq demək lazımdır ki, Dağlıq Qarabağda erməni əhalisi qiyam edib”.

Q.Hüseynlinin sözlərinə görə, SSRİ-nin son illərində Qarabağ məsələsi beynəlxalq arenaya çıxanda bir sıra güclər bilərəkdən Azərbaycan ərazilərinə təcavüz faktına siyasi qiymət vermədilər və nəticədə Ermənistanı aradan çıxardılar.

“Onlar bilirdilər ki, məsələnin dalında Rusiya durur. Belə mövqe sərgiləməklə beynəlxalq qüvvələr Ermənistanı gizlətdilər. Sonra da bu termini Azərbaycanla aparılan danışıqlarda istifadə etməyə başladılar. Azərbaycan nədənsə terminlərin düzgün ifadə olunması məsələsinə girişmədi.”-deyən politoloq bildirdi ki,  Azərbaycan KİV-də, ictimai fikirdə məhz “problem”, “münaqişə” terminləri işlənməyə başladı. Beləliklə bu ifadələr “müəlliflik hüququ” qazandılar.

90-cı illərdə, prezident Heydər Əliyevin beynəlxalq məsələlər üzrə müşaviri kimi danışıqlarda iştirak etdiyini deyən Q.Hüseynlinin sözlərinə görə, o zaman mərhum prezident Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tuturdu.
“Bu mövqe BMT-nin qəbul etdiyi qətnamələrdə əksini tapıb. O zaman BMT qətnamələrinin televiziyada şərhi mənə tapşırılmışdı. Həmin qətnamələrdə ilk dəfə olaraq “erməni-bandit birləşmələri” ifadələri yer aldı. Düzdür, biz “Ermənistan ordusunun nizami hərbi dəstələri” yazıb göndərsək də, BMT-nin baş ofsində bunu dəyişib “erməni quldur birləşmələri” kimi yazdılar. Səbəbini belə izah etdilər ki, Ermənistanda hələ nizami ordu formalaşmayıb və orada xeyli sayda nəzarət edilməyən hərbi birləşmələr var. Bu məsələdə ruslar ermənilərə çox kömək etdilər”-deyə politoloq vurğuladı.

Q. Hüseynli qeyd etdi ki, Azərbaycanın tərəfinin məsələni yenidən qaldırmaq imkanı var. “Biz  Qarabağ hadisələrinə siyasi qiymətin verilməsini tələb etməliyik. Hazırda danışıqlarda Azərbaycan torpaqlarının işğal faktına o qədər də önəm verilmir”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı