Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin yağıntılı olacağı, sulu qara, axşama doğru bəzi yerlərdə qara keçəcəyi ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 19-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.
Modern.az