Modern.az

İyunda Azərbaycan futbolunun 100 illiyi qeyd olunacaq

İyunda Azərbaycan futbolunun 100 illiyi qeyd olunacaq

Ölkə

18 Yanvar 2011, 11:26

Bu il – 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq. Modern.az xəbər verir ki, ölkəmizin idman həyatı üçün əlamətdar olan bu hadisənin yüksək səviyyədə qeyd olunması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
AFFA tərəfindən Dövlət Arxivinə müraciət olunaraq futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb. Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyun ayında "Buta" Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, həmiçinin milli assosiasiyaların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...