Azərbaycanın “Eurovision-2011” müsabiqəsindəki təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin finalına vəsiqə qazanan beş ifaçının adı dünəndən açılanıb.
“Eurovision-2011”a 1 vəsiqə uğrunda İlhamə Qasımova, İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov, Nigar Camal mübarizə aparacaq.
Hazırda, "beşlik"də yer alan iştirakçılar sırasından «Eurovision 2011»ə getmək üçün ən layiqli namizəd kimdir?
Modern.az-ın məlumatına görə, tanınmış bəstəkar Vüqar Camalzadə "beşlik"ə daxil olan namizədlər arasında «Eurovision 2011» müsabiqəsi üçün ən layiqli namizəd kimi İlhamə Qasımovanı qiymətləndirib.
“Mən hesab edirəm ki, "beşlik"də üstünlüyü ilə yalnız İlhamə Qasımova fərqlənir. Həm səsi, həm ifa manerası, həm də musiqi duyumuna görə İlhamə bütün namizədləri geridə qoyur. Məncə, elə “Eurovsion”a İlhaməni göndərməliyik ki, seçimdə yanılmayaq”.
Vüqar Camalzadə digər iştirakçılara da münasibətini bildirib. «Digər namizədlər hələ gəncdirlər və təcrübələri yoxdur, amma İlhamə artıq sənətdə yetişmiş ifaçıdır».
Qeyd edək ki, “beşlik” bəlli olsa da, bu ətrafda söz-söhbətlər də səngimir. Deyilənə görə, yarışma zamanı aşağı pillələrdə yer alan Nİgar Camalın birdən-birə “beşlik”ə salınması yüksək vəzifəli şəxslərdən birinin dəstəyi ilə baş tutub.
Sədaqət Süleymanova