Modern.az

Seyran Səxavət: "Azərbaycanda oxucularla yazıçılar arsında böyük uçurum yaranıb"

Seyran Səxavət: "Azərbaycanda oxucularla yazıçılar arsında böyük uçurum yaranıb"

Ölkə

18 Yanvar 2011, 14:41

20-30 il bundan əvvəl kitab oxumaq insanların böyük maraq dairəsində idi. Hətta yeni bir əsərin meydana gəlməsi, ictimaiyyətə təqdim olunması cəmiyyətdə rezonansa səbəb olur, hadisəyə çevrilirdi. Lakin indi Azərbaycanda hadisəyə çevrilən əsərlər, kitablar yoxdur. Düzdür ədəbiyyat sahəsində yeni kitablar çap olunur, amma bunlar insanların maraq dairəsinə düşmür.

Xaricdə hər yeni çap olunan kitab oxucuların fikrini öz ətrafına toplayarkən bizim yazarların kitablarının rezonans doğurmamasının əsas səbəbi nədir?

Tanınmış yazıçı Seyran Səxavət Modern.az-a açıqlanmasında bildirdi ki, bunun səbəbi cəmiyyətin həssaslığını itirməsindədir. “Əgər bu gün faciəvi faktlar hadisəyə çevrilmirsə, kitabların, romanların, povestlərin, poemaların, hekayələrin heç vaxt hadisəyə çevrilməyindən söhbət gedə bilməz. Cəmiyyətin həssaslığını itirməsinin başında iqtisadi çətinliklər, fırtınalar, məşəqqətlər dayanır”.

“30-40 il bundan əvvəl Azərbaycan Sovet respublikaları içərisində ən çox kitab oxuyan respublikalardan biri idi” deyən yazıçı o vaxtlar ruzi, və ovqatın da olduğunu qeyd etdi.
“Ailədə, ölkədə, dünyada bütün ovqatın başında iqtisadiyyat dayanır. İnsan birinci yeməyini yeməlidir ki, oxumağa, konsertlərə getməyə də həvəsi olsun”.

Seyran Səxavət artıq oxucularla yazıçılar arsında böyük uçurumun, məsafənin yarandığını dedi: “Çünki 30 il bundan əvvəl biz məktublar alırdıq, amma indi bu müşahidə olunmur. O məsafə o qədər uzaqlaşıb ki, oxucu-yazıçı münasibətləri tam itməsə də solğundur, təravətli görünmür”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı