"Eurovision-2011"də Azərbaycan təmsilçisinin ifa edəcəyi mahnının seçilməsi üçün keçirilən müsabiqəyə artıq xeyli mahnı təqdim edilib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən Modern.az-a verilən məlumata görə, müsabiqəyə yerli bəstəkarla yanaşı, əcnəbi bəstəkarlar da mahnılar təqdim edib. 10-18 yanvar tarixlərində müsabiqəyə ümumilikdə 11 müəllif 21 mahnı təqdim edib: İki nəfər isə yalnız söz təqdim edib.
1. Vüqar Babayev- 5 mahnı
2. Xose Xuan Santana Radriges (İspaniya) – 1
3. Ülviyyə Vəliyeva - 1 mahnı
4. Giorgios Kalpakidis (Yunanıstan) - 3 mahnı
5. Manuel Angel Moreno Pinilla (İspaniya)- 1 mahnı
6. Nərgiz Səfərəliyeva- 1 mahnı
7. Nazim Paşaoğlu- 1 mahnı
8. Micke Vennborn -5 mahnı
9. Madalin Botezatu (Rumıniya) -1 mahnı
10. Sebastiyan İvanov (Avstraliya) -1 mahnı
11. Noam İnbar və İsak Mizraçi (Avstraliya) -1 mahnı
2 nəfər yalnız söz təqdim edib
1. Madura Mate
2. Kamran Cabbarov
Modern.az