Modern.az

“Lalə Şövkətə İctimai Palatada təmsil olunmaq təklif olunub”

“Lalə Şövkətə İctimai Palatada təmsil olunmaq təklif olunub”

Ölkə

19 Yanvar 2011, 10:28

“İctimai Palatada iştirak etmək üçün Lalə Şövkətə müraciət edilib. Lakin o, təklifi qəbul etməyib”. Bu barədə Modern.az-a ALP sədri Əvəz Temirxan müxalifətin adıçəkilən birlikdə iştirak imkanları barədə münasibətini açıqlayarkən bildirib.
Onun sözlərinə görə, müxalifət partiyalarının təsis etditi İctimai Palatada iştirakı məqbul saymayıblar. 
“Lalə Şövkət həmişə müxalifətin səmimi birliyinin tərəfdarı olub. Lakin bu illər ərzində müxalifətdaxili münasibətlər qeyri-səmimi olub. İctimai Palata “didşən partiyaların” birliyi kimi görürük. Belə qurumda təmsilçilik bizim marağımızda deyil”-deyə ALP sədri bildirib. 
Onun sözlərinə görə, İctimai Palatanin yaradılmasını əldə bayraq edərək ora toplaşanlar reabilitasiya cəhd edən qüvvələrdir.  “İctimai Palata ideyası nəzəri baxımdan cəlbedici olsa da əslində bu qurumun praktik nəticləri olmayacaq”-deyə Ə.Temirxan vurğulayıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı